Siyəzəndə yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşmişdir
Siyəzən, 7 noyabr (AZƏRTAC). Siyəzən rayon Gənclər və İdman İdarəsi yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyi təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti Gənclər Mərkəzində keçirilən birincilik iki gün davam etmişdir. Şahmatın inkişafı və kütləviliyinin artırılması, yüksək potensiallı şahmatçıların aşkar edilərək həvəsləndirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə nail olmaq məqsədi daşıyan birinciliyə 40-dan çox yeniyetmə qatılmışdır.
Yekun nəticəyə əsasən Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Əliyar Heydərov I yeri tutaraq yarışın qalibi olmuşdur. 4 nömrəli tam orta məktəbin şagirdi Mədət Həmdullayev II, şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Rüstəm Əhmədov isə III yeri qazanmışdır.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim edilmişdir.