Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Vyana, 12 may, AZƏRTAC

Sloveniyanın Nova Qoritsa şəhərində Azərbaycan və Sloveniya xalqının igid oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin – Mixaylonun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbiri çərçivəsində müharibədə döyüşən azərbaycanlılara və sloveniyalılara həsr olunmuş sərgi təşkil edilib.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan və Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edən “Hədəf Bakıdır” filmi nümayiş etdirilib.

Açılış mərasimi Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsində baş tutub. Əvvəlcə Azərbaycanın qəhrəman oğlunun abidəsi önünə əklillər qoyulub, sonra Mixaylonun xatirəsinə yaradılan muzeylə tanışlıq olub.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli, Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer, Sloveniya Prezidentinin xarici siyasət üzrə müşaviri Damyan Bergant, Sloveniya Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri Boyan Çebela, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Kompara və Nova Qoritsa şəhərinin merinin müavini Marko Tribuşon açılış mərasimində çıxış ediblər.

Azərbaycan nümayəndə heyəti tərəfindən səsləndirilən çıxışlarda Mixaylonun xatirəsini əziz tutduğuna görə Sloveniya dövlətinə və xalqına Azərbaycan hökuməti və xalqı adından təşəkkür edilib. Əfsanəvi partizan Mixaylonun xatirəsini ehtiramla yad etmək məqsədilə Azərbaycan və Sloveniya nümayəndə heyətlərinin Nova Qoritsada toplaşmasının artıq uzun illərdir gözəl bir ənənəyə çevrildiyi bildirilib. Qeyd edilib ki, Sloveniyada Mehdi Hüseynzadənin memorial muzeyinin fəaliyyət göstərməsi, onun abidəsinə daim diqqət yetirilməsi xalqımız üçün qürurvericidir.

Tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2007-ci ildə əfsanəvi kəşfiyyatçının bu kənddə abidəsinin, daha sonra isə 2011-ci ildə onun xatirəsinə həsr olunmuş muzeyin yaradılmasının qısa tarixçəsi təqdim olunub.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov 80 il əvvəl İkinci Dünya müharibəsində qazanılan qələbənin bəşəriyyətin qazandığı qələbə olduğunu vurğulayıb. O, bəşəri dəyərlərin qorunması naminə müxtəlif millətlərin nümayəndələrinin vahid amal uğrunda birlik, həmrəylik, əzmkarlıq və bir-birinə dayaq, dəstək nümayiş etdirərək düşmənə qalib gəldiyini bildirib. Rafael Hüseynov Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin qazanılmasına verdiyi töhfələrdən də danışıb.

Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli Prezident İlham Əliyevin sloveniyalı həmkarı Danilo Türklə birgə memorial muzeyin açılışının Mixaylonun həm də Azərbaycan və Sloveniya arasında dostluğun rəmzi olduğunu və onun xatirəsinin iki xalqın biri-birinə daha da yaxınlaşmasında xüsusi rol oynadığını vurğulayıb. Qəhrəmanımızın xatirəsinə Sloveniyada bəslənilən hörmətin və doğma münasibətin dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət etdiyi nəzərə çatdırılıb və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub.

Sloveniya nümayəndə heyəti tərəfindən səsləndirilmiş çıxışlar zamanı isə Azərbaycan və Sloveniya arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğu qeyd edilib, Mehdi Hüseynzadə kimi qəhrəman oğula görə Azərbaycan xalqına minnətdarlıq çatdırılıb. Mixaylonun uzaq bir ölkədən gələrək Sloveniyanın azad olunmasında iştirak etdiyi və sloven xalqı uğrunda gənc ömrünü fəda verdiyi qeyd olunub. Azərbaycan və Sloveniya xalqları tərəfindən Mixaylonun xatirəsinin uzun illər ərzində qorunub saxlanılmasının insan bağlarının qalıcı gücünün sübutu olduğu vurğulanıb, onun cəsarəti və igidliyi haqqında hekayələrin bu gün də slovenlər arasında yaşadığı bildirilib.

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Mehdi Hüseynzadənin xatirəsinin Sloveniya və Azərbaycan arasında möhkəm dostluq körpüsü rolunu oynadığını qeyd edib. O, Azərbaycan və Sloveniya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinə toxunub, Azərbaycanın iqtisadi, enerji sahələri daxil olmaqla müxtəlif sahələrdə etibarlı tərəfdaş rolundan danışıb.

Sloveniya Respublikasının prezidentinin ofisi, Milli Assambleyası, Xarici və Avropa İşləri üzrə Nazirliyi, Ətraf mühit, Energetika və İqlim Nazirliyi, İqtisadiyyat, Turizm və İdman Nazirliyi daxil olmaqla bir sıra dövlət qurumlarının yüksəksəviyyəli nümayəndələrinin, habelə Türkiyənin Sloveniyadakı səfiri, Sloveniyanın müxtəlif regionlarından gələn ziyalıların, Nova Qoritsa Universitetinin rektoru daxil olmaqla, akademik dairələrin, Sloveniya Müftisinin Ofisinin, Sloveniyadakı Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının nümayəndələrinin iştirak etdiyi tədbir daha sonra yerli ictimaiyyətin üzvləri tərəfindən hazırlanmış mədəni proqram ilə davam edib.

Yerli məktəblilər Sloveniyanın azadlığı uğrunda döyüşmüş qəhrəmanların şərəfinə mahnı və şeirlər, musiqi parçaları səsləndiriblər.

Tədbir iştirakçıları Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkib, onun həlak olduğu ərazidə yerləşən xatirə lövhəsinin önünə əklil qoyub, qəhrəmanın xatirəsini yad edib.

Sonra iştirakçılar Trnovo Memorial Parkını ziyarət edərək, burada İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsinə ucaldılmış memorial lövhənin önünə əklillər qoyublar. Tədbir çərçivəsində İkinci Dünya müharibəsi zamanı bu ərazilərdə vuruşmuş azərbaycanlıların və sloveniyalıların xatirəsinə ehtiram məqsədilə Trnovo Memorial Parkında ucaldılmış “Sülh skamyası”nın (Peace Bench) açılış mərasimi baş tutub.

Sonda Çepovan qəsəbəsində Mehdi Hüseynzadənin məzarı ziyarət edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib