İQTİSADİYYAT
SOCAR-ın Müşahidə Şurasının iclasında bərpaolunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparılıb
Bakı, 1 iyul, AZƏRTAC
SOCAR-ın Müşahidə Şurasının iclasında bərpaolunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“SOCAR-ın Müşahidə Şurasının iclasında idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi, Müşahidə Şurasının Koordinasiya Ofisinin fəaliyyətinin qiymətləndirilməsi və bərpaolunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr apardıq”, - deyə nazir əlavə edib.