Azərbaycanda son beş ildə uşaqlara ən çox qoyulan adlar məlum olub
Bakı, 5 yanvar, Nailə Həsənova, AZƏRTAC
2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.
Ədliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 1721 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693) və Murad (677) tutur.
Ötən il qız uşaqlarına ən çox Melisa adı verilib (1200). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946) və Fatimədir (803).
Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Uğur və Zəhra adları verilib. Bu müddətdə 7 min 387 uşağa Uğur, 5 min 772 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerlərdə oğlanlarda Əli (6 min 125), Hüseyn (5 min 807) və Yusif (5 min 487) qərarlaşıb. Uşaqlara verilən adların siyahısında ilk onluqda qızlarda Məryəm (5 min 277), Zeynəb (5 min 253), Aylin (5 min 87), Nilay (4 min 698) yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [17:15]
Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO
- 31.10.2026 [16:31]
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
- 31.10.2026 [15:26]
Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb
- 31.10.2026 [14:54]
Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib
- 31.10.2026 [14:50]
Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir
Əsrə bərabər 35 il
- [16:01]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb
- 30.10.2026 [23:43]
Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir
- 30.10.2026 [23:00]