ŞORANLAŞMIŞ TORPAQLARIN BƏRPA EDİLMƏSİ NƏTİCƏSİNDƏ ƏKİN SAHƏLƏRİ GENİŞLƏNDİRİLƏCƏKDİR
Ağdaş rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə də əkinçilik təşkil edir. Rayonda mövcud olan 102,3 min hektar torpaq sahəsinin 58 min hektarı kənd təsərrüfatına yararlıdır. Bu torpaqların 35 min hektarı suvarılandır.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, əkin sahəsinin genişləndirilməsi, kəndli fermerlərin torpaqdan səmərəli istifadə etməsi və şoranlaşmanın qarşısının alınması daim dövlətin diqqətindədir. Hazırda rayonda 8 min hektara yaxın şoranlaşmış torpaq mövcuddur. Şoran torpaqların əkin üçün yararlı vəziyyətə gətirilməsi məsələsi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda qarşıya məqsəd kimi qoyulmuşdur. Proqrama uyğun olaraq, rayonda şoranlaşmış torpaqların bərpası ilə bağlı meliorasiya işlərinə artıq başlanılmışdır. Bunun sayəsində şoranlaşmış və indiyədək istifadəsiz qalmış torpaqlarda məhsul yetişdirmək mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]