Sorğu: İsveçli gənclər özlərini təhlükəsiz şəraitdə hiss etmirlər
Stokholm, 25 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
Yaşı 18-29 arasında olan hər beş isveçli kişidən biri zorakılıq və dəstə cinayətlərinin artması səbəbindən indiki yaşayış yerini tərk etmək istəyir.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin Daşınmaz Əmlak Agentliyinin sifarişi ilə Verian İctimai Rəy İnstitutunun keçirdiyi sorğu sübut edir.
Respondentlərin təxminən 50 faizi qeyd edib ki, yaşayış sahəsini seçərkən ən vacib amil təhlükəsizlikdir, ikinci yerdə mənzərəli ərazi və mənzilin keyfiyyəti gəlir.
Analoji sorğu 2021-ci ildə də keçirilib. “O vaxtlar ev alarkən təhlükəsizlik vacib məsələlərdən biri deyildi. Bu tendensiya daha da böyük seqreqasiyaya gətirib çıxarır: varlı vətəndaşlar daha təhlükəsiz yaşayış məntəqələrinə köçə bilərlər”, -deyə Əmlak Agentliyinin baş direktoru Yohan Engström deyir. Onun sözlərinə görə, gənc kişilərin özlərini daha müdafiəsiz hiss etməsi onların tez-tez təhlükəli şəraitdə olması ilə izah olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:47]
ABŞ-da B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]