SOSİAL ADAPTASİYA PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı və “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası problemləri” mövzusunda birgə dəyirmi masa keçirmişdir. Tədbirdə Milli Məclisin deputatları, dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun tətbiqi mexanizminin araşdırılması, qanunu icra edən orqanların təcrübədə üzləşdikləri problemlər, onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.
E.Süleymanova ombudsman təsisatı, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti vasitəsilə məhkumların hüquqlarının təmin edilməsinə nəzarətin gücləndirilməsinin, bu istiqamətdə məhkumlar arasında maarifləndirmə işinin aparılmasının, müvafiq tövsiyələrin hazırlanmasının vacibliyini bildirmişdir.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmış, təkliflər verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]