SOSİAL PROBLEMLƏRİN HƏLLİ İLƏ BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR
BDU-nun sosial elmlər və psixologiya fakültəsi nəzdindəki “Sosial iş” magistr proqramı çərçivəsində təşkil olunmuş tədbirdə ictimaiyyətin və ayrı-ayrı qurumların nümayəndələri iştirak etmişlər.
Universitetin kafedra müdiri, professor İzzət Rüstəmov çıxış edərək, sosial problemlərin həllində sosial işçilərin rolundan danışmışdır.
Sonra “Sosial işin tarixi: beynəlxalq və Azərbaycan təcrübəsi”, “Sosial iş və sosial işçilərin təhsili”, “Azərbaycanda yaşlılar və ahıllarla sosial işin təşkili”, “De-institusionalizasiya: gələcək foster ailələrin hazırlanmasında sosial işçilərin rolu” və digər mövzularda məruzələr dinlənilmişdir.
Məruzələrdə sosial iş, onun təşkili, inkişaf mərhələləri, bu sahədə ayrı-ayrı ölkələrdə əldə olunmuş təcrübələr barədə ətraflı məlumatlar verilmiş, yüksək ixtisaslı mütəxəssislər hazırlanmasının vacibliyi və əhəmiyyəti vurğulanmışdır.
Sonra müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]