Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sosial şəbəkələrin mediaya iti bucaq altında təsiri - TƏHLİL

Sosial şəbəkələrin mediaya iti bucaq altında təsiri - TƏHLİL

Bakı, 5 dekabr, AZƏRTAC

Məlumdur ki, sosial şəbəkələr ənənəvi mediaya ciddi şəkildə təsir edib - həm xəbərlərin hazırlanması, həm də onunla tanış olma (oxumaq, izləmək və s.) tərzini köklü dərəcədə dəyişib. Bütün dünyada jurnalistikanın məcrası artıq əvvəlki deyil. Sosial medianın bir burulğan kimi jurnalistikaya iti bucaq altında təsir etdiyi hər kəs tərəfindən qəbul olunur.

AZƏRTAC araşdırmaçı sosioloq Məhbubə Mehdiyevanın mövzu ilə bağlı məqaləsini təqdim edir.

Sosial şəbəkələr və jurnalistikanın yeni erası

Sosial şəbəkələr rəqəmsal inqilabın məhsulu olaraq medianın işində mühüm rol oynayır. Sosial media informasiya yayımında əlavə vasitələr olmaqla yanaşı, ictimaiyyətə aktiv rəy bildirmək imkanı da təqdim edir. Bundan başqa, əvvəllər informasiyanın istehlakı daha strukturlu şəkildə həyata keçirilirdisə, indi sosial şəbəkələr vasitəsilə məzmun axın şəklində qəbul edilir. Məsələn, televiziyada müəyyən saatlarda yayımlanan xəbərlər istənilən vaxt izlənə bilir. Beləliklə, sosial media jurnalistlər üçün informasiya yayımında əlavə kanal və cəmiyyətlə davamlı dialoq vasitəsinə çevrilib.

Ənənəvi “xəbər gec yayılsın, amma dəqiq olsun” qaydası artıq sosial medianın sürətli yayım üstünlüyü qarşısında geri qalır. Bu sürət saxta və yoxlanılmamış məlumatların artmasına səbəb olur. Məsələn, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində sosial şəbəkələrdə yayılmış yanlış məlumatlar ictimai rəyə əhəmiyyətli dərəcədə təsir etdi. Aparıcı media orqanları bu gücün fərqində olaraq sosial şəbəkələrdə kifayət qədər aktivdirlər. Nəhəng media qurumları öz onlayn hesablarında həm siyasi, həm də iqtisadi sahələrdə təsiredici gücə çevrilib.

Sosial media istifadəçiləri real vaxtda məlumatları sürətlə paylaşır, bu isə ənənəvi medianın “ləng tərpəndiyi” nöqtələrdə etibarlılığına zərbə vurur. Beş dəqiqə əvvəl baş vermiş hadisə haqqında məlumat artıq sosial mediada yayılmışkən, ənənəvi media həmin xəbəri yalnız daha sonra təqdim edir. Yeni dövrdə tamaşaçı sadəcə müşahidəçi olmaqdan çıxıb, məlumat istehsalında fəal iştirakçıya çevrilib. Lakin bu, yanlış məlumatların yayılma riskini də artırır. Real vaxt rejimində hər dəqiqə yenilənən xəbərlər cəmiyyətdə psixoloji asılılıq yaradır və jurnalistlər üçün ciddi çətinliklər ortaya çıxarır. Beləliklə, sosial media jurnalistikanın işinə həm dəstək, həm də yeni çağırışlar gətirir.

Operativ dezinformasiya, yoxsa gecikən doğru xəbər?

Adam Alter “Qarşısıalınmazlıq: asılılıq yaradan texnologiyanın yüksəlişi və bizi özünə bağlı saxlamaq işi” adlı kitabında qeyd edir ki, texnologiya nə yaxşıdır, nə də pis – onu necə istifadə etdiyimiz əhəmiyyətlidir. Deməli, etibarlı mənbələri və doğru məlumatı seçərək sürətlə yayılan məlumat axınında həqiqəti əks etdirən informasiyaları ayırd etmək mümkündür.

Əvvəlcə hər şey qarışıq görünə bilər. Xaos içində qayda tapmaq çətin görünür, çünki sosial media mühitində məlumatlar həm doğru, həm də yalan ola bilər. Buna görə də məlumatlara tənqidi yanaşmaq şərtdir. Sosial media həm nifrəti, həm də sosiallaşma və təşəbbüsləri dəstəkləyə bilən bir seçim mühitidir. Sosial media istifadəçiləri jurnalistlərdən daha sürətli şəkildə məlumat paylaşa və auditoriyalarına birbaşa çıxış edə bilirlər. Məsələn, jurnalist efirdə vaxtını gözləyərkən, sosial media istifadəçisi hadisə yerindən canlı yayımla məlumat verir. Bu, illərlə toplanan oxucu bazasının belə fərdi bir hesaba yönəlməsinə səbəb ola bilər. Televiziyada istədiyimiz kontenti seçmək üçün kanalları dəyişdiyimiz halda, sosial media bunu avtomatik alqoritmlərlə bizə təqdim edir. İstifadəçinin bəyəndiyi və 2 saniyədən çox izlədiyi məzmun ona növbəti mərhələlərdə daha çox göstərilir. Artıq uzun yazılar və filmlər yox, qısa videolar, infoqrafikalar və canlı yayımlar üstünlük təşkil edir. X, “Instagram” və “TikTok” kimi platformalar qısa, dinamik hekayələrlə xəbər istehlakını yenidən formalaşdırır.

Sosial media və dezinformasiya problemi

Sosial media ictimai maraqlara xidmət etməli olduğu halda, bəzən şəxsi və korporativ maraqlara tabe olaraq manipulyasiya alətinə çevrilir. Bu, obyektiv informasiya təqdim etməkdən çox, kütlə psixologiyasına təsir edib ictimai rəyi çaşdırmağa və hətta milli maraqlara zərbə vurulmasına səbəb olur. Rəqabət mühitində “ən operativ informasiya ən dəqiqdir” yanaşması ilə, məlumatlar təhlil edilmədən yayımlanır. Bu da dezinformasiyanı qlobal problemə çevirir. Məsələn, zaman-zaman bir sıra media qurumları Azərbaycan barədə həqiqəti əks etdirməyən məlumatlar yayaraq ölkəmizin imicinə zərbə vurmağa çalışıblar.

Dezinformasiyanın qarşısını necə alaq? Dezinformasiyanı tamamilə aradan qaldırmaq mümkün olmasa da, maarifləndirmə yolu ilə sosial immunitet formalaşdırmaq olar. Beynəlxalq təcrübədə informasiyanın ilkin mənbəyini araşdırmaq tövsiyə edilir. Əgər məlumat “etibarlı mənbə”yə əsaslanır, lakin mənbə göstərilmirsə, onun dezinformasiya olma ehtimalı yüksəkdir. Bununla yanaşı, internetdəki fakt yoxlama alətlərindən istifadə etmək və paylaşımı doğrulamaq vacibdir. Yalnız media savadlılığı ilə silahlanmış cəmiyyətlərdə doğru məlumatları dezinformasiyadan ayırmaq mümkün olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb