Stokholmda qondarma “erməni soyqırımı” aksiyası reallaşmamışdır
Bakı, 25 aprel (AZƏRTAC). İsveçin paytaxtı Stokholmda bir neçə həftədir hazırlıqları gedən erməni və assuriyalıların qondarma soyqırımı aksiyası reallaşmamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, buna səbəb aksiyaya heç kimin qatılmaması olmuşdur.
İsveç Türk İşçi Dərnəkləri Federasiyası xəbər verir ki, İsveç Erməni Federasiyası və assuriyalıların Stokholmun mərkəzi sayılan Sergel meydanında keçirdikləri aksiyaya turistlər belə biganə qalmışlar. İsveçdə 5 min erməni, 40 min assuriyalı yaşamasına və hava şəraitinin də əlverişli olmasına baxmayaraq, onlar mitinqdə iştirak etməmiş, əvəzində isə piknikə getməyə üstünlük vermişlər.
İsveç Erməni Federasiyasının üzvləri və bir-iki assuriyalı aksiyanın reallaşmamasından və həmvətənlərinin passivliyindən pərişan olmuşlar. Qondarma “erməni soyqırımı” aksiyasında bayraqların sayı insanlardan çox olmuşdur. İştirakçılara paylamaq üçün hazırlanmış broşürlər də təşkilatçıların əllərində qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]