Azərbaycan Dövlət İnformasiya Agentliyi

Subtropik bitkilər və onların zərərvericiləri

Subtropik bitkilər və onların zərərvericiləri

Bakı, 19 avqust, AZƏRTAC

Qida sənayesində subtropik bitkilər mühüm yer tutur. Qeyd edək ki, subtropik bitkilər 3 əsas yarımqrupa bölünür. Birinci yarımqrupa sitrus bitkiləri: portağal, naringi, limon, qreypfrut, ikinci yarımqrupa müxtəlif meyvə bitkiləri: zeytun, əncir, nar, xurma, innab, feyxoa, muşmula, üçüncü yarımqrupa qərzəkli bitkilər: fındıq, badam, qoz, şabalıd aid edilir.

AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Fitosanitar Laboratoriyasının mütəxəssisi Nəzakət Abasovanın hazırladığı məqalədə ilboyu gündəlik qidalanmada istifadə olunan subtropik bitkilər və onların zərərvericiləri haqqında bəhs olunur.

Subtropik bitkilər çoxillik, həmişəyaşıl, az hallarda yarpaqlarını tökən, kol və ya ot bitkiləridir. Subtropik bitkilərdən bir qrupu qışda yarpağını tökür. Sitrus bitkiləri, zeytun, muşmula, feyxoa, dəfnə və başqaları qışda yarpağını tökmür və buna görə də həmişəyaşıl bitkilər adlandırılır. Bu tip bitkilər əsasən subtropik iqlimə malik ərazilərdə becərilir. Azərbaycanda da subtropik bitkilərin becərilməsi üçün əlverişli iqlim və torpaq şəraiti var.

Subtropik bitkilər zəngin kimyəvi tərkibi və yüksək qidalılığına görə çox qiymətlidir. Həmçinin bu tip bitkilər konservləşmə, qənnadı, efir yağı emalı və s. sahələr üçün əvəzolunmaz xammaldır. Subtropik ərazilərdə yetişən texniki bitkilər də istehsalatda vacib əhəmiyyət kəsb edir.

Sitrus bitkiləri Azərbaycanın subtropik iqlimə malik ərazilərində, xüsusilə də Lənkəran, Astara rayonlarında geniş miqyasda becərilir. Yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik sitrus bitkilərinin tərkibi orqanizm üçün zəruri olan bir çox maddələrlə zəngindir. Həmin meyvələrin tərkibində qlükoza, saxaroza, fruktoza (limonda 1,2- 2,4 faiz, naringi 7-9,65 faizədək) C, D, A, B1, B2, E, PP vitaminləri, orqanik turşu duzları, askorbin turşusu (naringi şirəsində 32,1 mq faizdən, limon şirəsində 64.3 mq faizədək), pektin maddələri vardır. Sitrus meyvələrindəki vitaminlər yüksək dayanıqlılığı, parçalanmamaq xüsusiyyəti ilə fərqlənir və konservləşmə zamanı tamlığını qoruyur. Konservləşdirilmiş sitrus meyvəsinin şirəsi təsirinə görə təzə sıxılmış meyvə şirəsindən fərqlənmir. Qeyd edək ki, uzun müddətli saxlanma (2,5-5 dərəcə C temperaturunda 6 ay ərzində) və emalından sonra da vitaminlərin tərkibinin dəyişməməsi sitrus meyvələrinin əhəmiyyətini daha da artırır. Bundan başqa, sitrus meyvələrindən farmakoloji, qənnadı, parfümeriya sahəsində də geniş istifadə olunur. Çiçək, yarpaqları və meyvənin qabığından qiymətli efir yağları alınır.

Limon subtropik meyvə bitkiləri içərisində zəngin kimyəvi tərkibinə, yüksək qida dəyərinə görə çox qiymətlidir. Həmçinin böyük müalicəvi əhəmiyyətə malikdir. Limon orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığından infeksion və iltihabi xəstəliklər zamanı olduqca faydalıdır. Limon həm də çox qüvvətli bakterisid təsirə malikdir, angina və avitaminoz xəstəliklərə qarşı ən effektli vasitədir. Qeyd edək ki, Çində limonu “limunq” adlandırırlar ki, bu da tərcümədə “analar üçün faydalı” deməkdir. Hələ XVIII əsrdə uzun səfərlər zamanı ingilis donanmasının dənizçilərinə hər gün 30 qram limon şirəsindən istifadə tövsiyə olunurdu ki, bu da sinqa xəstəliyinə qarşı effektiv mübarizə sayılırdı.

Limonun sərinləşdirici dadı vardır, susuzluğu yatırır. Lətinin tərkibi 88,3 faizədək su, 2,06 faizi şəkər, 1,12 faiz pektin maddələr, 3,8-6.8 faiz turşu, 0,46 faiz mineral maddələr, C, A, B1, B2, PP vitaminləri ilə zəngindir. Həmin maddələr orqanizmin maddələr mübadiləsi prosesində böyük rol oynayır və həzm prosesini yaxşılaşdırır. Həmçinin meyvənin qabığı, bitkinin yarpaqları efir yağı ilə zəngin olduğuna görə qida sənayesində və kosmetologiyada geniş istifadə edilir. Limon meyvəsinin qabıq hissəsində 3-6 faizə qədər efir yağı olur ki, onun da tərkibinin 90 faizini terpen-limonen və 3-6 faizini isə sitral aldehidli ətirli maddələr təşkil edir. Qeyd edək ki, bu maddələr limon yağının ən qiymətli hissəsidir. Limon yağından ətriyyat sənayesində geniş istifadə edilir. Təbabətdə isə limon yağı bir sıra dərmanların tərkibində xoş ətirli maddə kimi işlədilir. Son illərdə limon yağından sitral aldehidi də alınır ki, ondan 2-3 faizli spirtli məhlul kimi hipertoniya xəstəliyinin müalicəsində damcı şəklində qəbul olunur. Meyvəsinin şirəsində 8-9 faiz limon turşusunun olması tibb sahəsində əhəmiyyətini daha da artırır. Bir sıra ölkələrdə (İtaliya, İspaniya və s.) limon turşusundan "natrium-sitrat" adlı preparat hazırlanır ki, bu da qanköçürmə zamanı donor qanını konservləşdirmək məqsədilə işlədilir.

Naringi də sitrus bitkiləri içərisində geniş yayılıb. Zəngin kimyəvi tərkibə malikdir, meyvələrin ləti şirəli və şirindir. Lətinin 71,5 faizi şirədir. Tərkibində 7,6-8,3 faiz şəkər, 0,77-1,7 faiz turşu, C vitamini vardır. Bir ədəd meyvədə gündəlik C vitamininə olan tələbatın 31 faizi mövcuddur. Tərkibində P, K və B qrupu vitaminləri vardır. P vitamini orqanizm üçün çox vacibdir, çünki həmin vitamini orqanizmdə sintez olunmur və toplanmır, ona görə də daim orqanizmə daxil olmalıdır. Naringi meyvəsinin tərkibində fitonsitlər də vardır ki, bu antibiotik təsirinə görə xəstəlik törədən bakteriyaları məhv edir. Naringinin meyvələri şirin olsa da, 100 qramında 37 kalori var. Yağları parçalama gücünə malikdir.

Portağal isə zəngin kimyəvi tərkibinə, ətirli-şirəli meyvəsinə görə sitrus bitkilərinin ən geniş yayılmış növüdür və böyük sənaye əhəmiyyəti var.

Sitrus meyvələrinin əsas keyfiyyət göstəricilərinə onların xarici görünüşü, iriliyi, mikroorqanizmlərin təsirinə məruz qalmaması və digər amillər aid edilir. Sitrus meyvələrini bir çox xəstəlik və ziyanvericilər zədələyir, məhsuldarlığını, keyfiyyətini aşağı salır, bəzən isə məhsulu tamamilə məhv edir. Sitrus bitkilərinə Kaliforniya çanaqlı yastıcası, Minalayıcı sitrus güvəsi daha çox ziyan vurur.

Kaliforniya çanaqlı yastıcası təhlükəli zərərvericidir. Daxili karantin obyekti olan bu həşərat gövdə, budaq, yarpaq, saplaq və meyvənin şirəsini soraraq bitkini tədricən zəiflədir, nəticədə məhsuldarlıq aşağı düşür. Minalayıcı sitrus güvəsi də bu bitkilərin ən təhlükəli zərərvericilərindən biridir. Zərərverici ilə sirayətlənmiş bitki inkişafdan qalır, məhsuldarlıq isə xeyli aşağı düşür. Qeyd edək ki, həmin ziyanvericilərlə güclü sirayətlənmə nəticəsində meyvələrin qabığının üzərində ləkələr və zədə izi əmələ gəlir. Belə məhsullar insan orqanizminə ziyan vurmur. Lakin meyvələrin əmtəə görünüşü pozulduğundan iqtisadi zərərə səbəb olur.

Sitrus meyvələrinin düzgün qablaşdırılma, daşınma və saxlanmasının da əhəmiyyəti böyükdür. Belə ki, daşınma, saxlanma zamanı məhsul zədələnib, yararsız hala düşə, eləcə də ziyanvericilərin təsirinə məruz qala bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb