Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi arasında yeni marşrut xətti açılıb
Bakı, 8 aprel, AZƏRTAC
Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi arasında yeni marşrut xətti açılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsi məqsədilə "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verib. Həmin marşrut xətti üzrə aprelin 8-dən 6 avtobus sərnişinlərin xidmətindədir. Qeyd olunan ərazidə müvəqqəti olaraq 5 minədək məcburi köçkün məskunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]