Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıt Kimya Sənaye Parkı ölkə iqtisadiyyatının daha da gücləndirilməsində mühüm rol oynayır

Sumqayıt Kimya Sənaye Parkı ölkə iqtisadiyyatının daha da gücləndirilməsində mühüm rol oynayır

Bakı, 18 sentyabr, AZƏRTAC

Yeddi aydan artıqdır ki, dünyanın başı üzərini almış koronavirus kabusu hələ də bəşəriyyəti qorxu altında saxlamaqdadır. Bu virusa yoluxanların sayının 30 milyon nəfəri keçməsi pandemiyanın hələ də tüğyan etdiyindən xəbər verir. Həm yoluxanların, həm də dünyasını dəyişənlərin sayı da təsdiqləyir ki, dünya bu virusla mübarizəyə hazır deyilmiş. Azərbaycanda isə pandemiyanın yayıldığı ilk gündən düşünülmüş şəkildə mübarizə aparıldı. Dövlətimizin başçısının rəhbərliyi və göstərişi ilə həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar öz bəhrəsini göstərməkdədir.

Bu fikirləri AZƏRTAC-a politoloq Səhər İsmayılova bildirib.

Politoloq deyib ki, Azərbaycan dünya ölkələri ilə müqayisədə pandemiyadan ən az zərər çəkənlər sırasındadır. Siyasi, iqtisadi, mədəni sahələr üzrə itkilərimiz artıq bərpa olunur. Pandemiyanın tüğyan etdiyi müddətdə nəzərdə tutulmuş sosial və iri infrastruktur layihələrinin reallaşdırılması da təsdiqlədi ki, ölkəmiz belə virus qarşısında aciz deyil. Bunun əsas səbəblərindən biri respublikamızın iqtisadi qüdrətinin möhkəm təməllər üzərində qurulmasıdır. Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də yaddaqalan nailiyyətlər qazanılıb. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin dövlət idarəçiliyindəki uzaqgörənliyi ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Bu illər ərzində dövlətimizin başçısının respublikamızda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl tapşırıqlar verməsi, mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi və qərarlar qəbul edilməsi bu sahənin dayanıqlılığını təmin etməkdədir. Hətta dünya iqtisadiyyatını xeyli zəiflədən sərt koronavirus pandemiyası da bu dayanaqlılığa ciddi təsir göstərə bilmədi. İqtisadiyyatın daha da möhkəmləndirilməsi məqsədilə ölkəmizdə bir-birinin ardınca yaradılan sənaye kompleksləri həm yeni iş yerlərinin açılmasında, həm də istehsal sahələrinin genişləndirilməsində respublikamızın əlaqələrini daha da genişləndirdi və bu da ölkəmizlə əməkdaşlıq edən dövlətlərin sayını getdikcə artırdı.

Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, Sumqayıtı Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirdi. Sumqayıt Kimya Sənaye Parkının Azərbaycan iqtisadiyyatında xüsusi yerinin olmasını faktlar da təsdiqləyir. Məsələn, 2019-2020-ci illərdə Sumqayıt Kimya Sənaye Parkında bir milyard manatdan artıq məhsul istehsal edilib. Bunun da təqribən 33 faizi ixrac olunub. Bütövlükdə, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə, 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayır. Son illər Azərbaycan brendinin dünya bazarlarında daha çox müştəri cəlb etməsi üçün bütün imkanlardan istifadə edilir. Dövlətimizin başçısının qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlamasının əsas məqsədi iqtisadiyyatın davamlı olması, yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artması və istehsal olunan məhsulun Azərbaycan brendi kimi dünya bazarına çıxarılmasıdır. Sumqayıt Kimya Sənaye Parkı bu sahədə mühüm rol oynayır. Bununla yanaşı, bu müəssisə iqtisadi siyasətin əsas hədəfi kimi ölkədaxili tələbatın yerli istehsal hesabına təmin olunmasını, habelə Azərbaycan istehsallı məhsulların ixracını reallaşdırmağa xidmət edir. Yaxın günlərdə Azərbaycan Prezidentinin Sumqayıt Kimya Sənaye Parkında Peşə Təhsil Mərkəzinin açılışında iştirakı pandemiya şəraitinə baxmayaraq nəzərdə tutulan layihələrin reallaşdırılmasında növbəti nümunədir. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb. Yeni mərkəzin açılışı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanmasında, müasir, innovativ yanaşmaların öyrənilməsində bu tədris müəssisəsinin xüsusi təsiri olacaq. Bununla yanaşı, yeni iş yerlərinin yaradılması, gənc nəslin xüsusi peşələrə yiyələnərək gələcəkdə ixtisaslarına uyğun özlərinə iş tapması yetişən nəslin həyat tərzinə müsbət təsir göstərəcək.

Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibəti ilə fərqlənir. Elə onun nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır. Bu da gənclərimizin qarşılaşdıqları işsizlik probleminin aradan qaldırılmasına öz təsirini göstərəcək. Müasir infrastruktura malik mərkəzdə təhsil alan tələbələrə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislərin elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən ibarət olması da sevindirici haldır. Burada təhsil alan tələbələrin gələcək iş problemləri də demək olar ki, öz həllini tapıb. Onlar Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə iş yeri əldə etmək imkanı qazanacaqlar.

Dövlətimizin başçısı mərkəzdə iştirakı zamanı Sumqayıt Kimya Sənaye Parkının böyük əhəmiyyətə malik olduğunu bildirdi, xaricdə yaşayan azərbaycanlı iş adamlarına da gəlib doğma Azərbaycana vəsait qoymaları barədə müraciətini xatırlatdı. Dedi ki, Azərbaycan onların Vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz Vətəninə vəsait qoymalıdırlar, öz Vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Dövlətimizin də qarşıya qoyduğu prioritet vəzifələrdən biri də budur. Belə mərkəzlərin açılması dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhranın aradan qaldırılmasında müsbət rol oynayacaq. Bu, həm də Azərbaycanın postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olması istiqamətində düşünülmüş addımdır. İri infrastruktur layihələrin reallaşdırılması ölkəmizin yeni inkişaf dinamikasına sahib olmasına da öz təsirini göstərəcək. Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirakı bir daha təsdiqlədi ki, həm pandemiya, həm də postpandemiya dövründə yerli istehsalın dəstəklənməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. O cümlədən koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə də iqtisadi siyasət və uğurlu islahatlar müvəffəqiyyətlə davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda ildırım düşməsi nəticəsində yanğın baş verib

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər