Sumqayıt Kimya Sənaye Parkı rezidentinin ixrac coğrafiyası genişlənir
Bakı, 15 noyabr, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu ixrac coğrafiyasını genişlənməkdə davam edir.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, şirkət tərəfindən ilk dəfə olaraq Polşa, İsrail və Yunanıstana məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkələrə 26 min tondan çox məhsul göndərilib. 2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. İndiyədək müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85 faizdən çoxu ixracın payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]