“Sumqayıt” klubu səfərdə “Səbail”ə minimal hesabla qalib gəlib
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Səbail” klubu “Bayıl Arena”da “Sumqayıt” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda Sumqayıt təmsilçiləri minimal hesabla qalib gəliblər. Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb. Fasilədən sonra qonaqlar hesabı açıblar. Oyunun 69-cu dəqiqəsində Amil Yunanov topu rəqib qapısından keçirib. Görüşdə başqa qol qeydə alınmayıb və matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, 1:0 hesabı ilə qalib gələn “Sumqayıt” xallarının sayını 31-ə çatdıraraq dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Səbail” isə 17 xalla beşinci pillədə qərarlaşıb.
Tura “Qarabağ”-“Zirə” oyunu ilə yekun vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]