Sumqayıt şəhərində kütləvi dava olub, dörd nəfər bıçaqlanıb
Sumqayıt, 10 fevral, AZƏRTAC
Sumqayıt şəhərinin 41-ci məhəlləsində kütləvi dava olub. Nəticədə dörd nəfər bıçaq xəsarəti alıb. Hadisə idmançı gənclər arasında mübahisə zəminində baş verib.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov AZƏRTAC -ın bölgə müxbirinə bildirib ki, yaralanan dörd nəfər - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Ələsgərov Emin İlqar oğlu və 1995-ci il təvəllüdlü Kərimli Eltiram İnqilab oğlu dərhal əməliyyat olunublar. Hazırda onların vəziyyəti sabitdir, həyatlarına təhlükə yoxdur.
Şahidlərin sözlərinə görə, davada 30-a yaxın gənc iştirak edib.
Sumqayıt Şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]