SUMQAYIT TEATRI NAXÇIVAN SƏHNƏSİNDƏ ÇIXIŞ EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvətinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü münasibətilə Naxçıvan şəhəri tamaşaçılarına “Xilaskar” tamaşasını təqdim edəcəkdir.
Tanınmış dramaturq Aqşin Babayevin sənədli-publisistik pyesi əsasında hazırlanmış tamaşada ötən əsrin 90-cı illərində Azərbaycanda baş vermiş real hadisələr əks olunur. Teatrın baş rejissoru, respublikanın əməkdar artisti Firudin Məhərrəmov həmin mürəkkəb dövrün olaylarını səhnədə tam şəkildə canlandıra bilmişdir.
Ümummilli lider Heydər Əliyevin obrazının Azərbaycan səhnəsində ilk dəfə yaradıldığı bu tamaşa artıq beşinci mövsümdür ki, teatrın repertuarından düşmür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]