Sumqayıt Tibb Mərkəzi qanvermə aksiyası təşkil edib
Sumqayıt, 15 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Tibb Mərkəzinin (STM) Mühafizə bölməsi 14 İyun - Ümumdünya Qan Donorluğu Günü münasibətilə təşkil olunan qanvermə aksiyasında fəal iştirak edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Qan Bankının Sumqayıt bölməsinin həkim kollektivi tərəfindən donorların sağlamlığı əvvəlcədən müayinə olunub, daha sonra isə qanvermə aksiyası həyata keçirilib.
Üç gün davam edəcək aksiyanın ilk günündə STM-in 30-a yaxın əməkdaşı iştirak edib.
Tədarük olunan qan və ondan hazırlanan preparatlardan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən pasiyentlərin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.