Sumqayıtda breyn–rinq yarışması kecirilmişdir
Sumqayıt, 10 noyabr (AZƏRTAC). “Azərikimya” İstehsalat Birliyinin akt zalında Dövlət Bayrağı Gününə, Konstitusiya Gününə və Milli Dirçəliş Gününə həsr olunmuş breyn-rinq yarışması kecirilmişdir.
AZƏRTAC xəbər verir ki, intellektual oyunda şəhərin 18 komandası iştirak etmişdir. Üç saat ərzində komandalar müvafiq mövzular ətrafında öz biliklərini təqdim etmişlər. Qiymətləndirmə professional münsiflər heyəti - şəhər intellektual mərkəzinin nümayəndələri tərəfindən aparılmışdır.
Maraqlı və şən ovqatla keçən yarışmada birinci yeri N hərbi hissəsinin komandası tutmuşdur. YAP Sumqayıt şəhər təşkilatının komandası ikinci, “Azərikimya” İB-in komandası isə üçüncü yerə sahib çıxmışlar.
Qaliblərə pul mükafatı təqdim olunmuşdur. Yarışda fərqlənən daha üç komandaya həvəsləndirici mükafatlar verilmişdir.