Sumqayıtda gənc qız yataqxananın beşinci mərtəbəsindən yıxılaraq həlak olmuşdur
Sumqayıt, 16 may (AZƏRTAC). Mayın 15-i axşam Sumqayıtın 4-cü mikrorayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş vermişdir. 7 nömrəli yataqxananın 132-ci otağında yaşayan Almaz Miəlvan qızı Qəmbərova eyvandan yıxılmışdır.
Sumqayıt şəhər Polis İdarəsinin növbətçi hissəsində hadisənin baş verməsini təsdiqləyərək bildirmişlər ki, 1988-ci il təvəllüdlü gənc qız mayın 15-də saat 21:15-də beşinci mərtəbədə yaşadığı otağın eyvanında ipə paltar sərdiyi zaman eyvandan yıxılmışdır. Almaz Qəmbərova aldığı zədələrdən yerindəcə dünyasını dəyişmişdir.
Sumqayıt şəhər prokurorluğunda hadisə faktı ilə əlaqədar cinayət işi başlanmışdır. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]