Sumqayıtda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 13 mart, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.İbrahimovdan 3 kiloqram 200 qram, 3-cü polis bölməsi əməkdaşları tərəfindən şəhər sakinləri olan, əvvəllər məhkum olunmuş E.Abbasovdan 470 qram, A.Şahmuradovdan isə 490 qram, 4-cü polis bölməsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şahbazovdan 465 qram marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]