SÜRÜŞMƏ ZONASINDA YAŞILLIQ ƏRAZİ NƏZARƏTƏ GÖTÜRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər departamentinin əməkdaşları Səbail rayonu, Neftçilər prospekti, 57 ünvanında yerləşən ərazidə reyd keçirmişlər.
Reyd zamanı sürüşmə zonası olan 110 kvadratmetrlik yaşıllıq ərazinin Bakı Elektrik Şəbəkə tərəfindən yarımstansiyanın tikilməsi məqsədi ilə hasara alınması faktı aşkarlanmışdır.
Faktla əlaqədar Bakı şəhər və Səbail rayon İcra Hakimiyyətlərinə telefonoqrammalar göndərilmiş və həmin ərazidə hər hansı bir tikinti işinin aparılmasının məqsədəuyğun olmadığını, ərazinin əvvəlki görkəminin bərpa olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini bildirmişdir.
Ərazi ekoloqlar tərəfindən nəzarətdə saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]