ELM VƏ TƏHSİL
“Şuşa mədəni irsinin görünməyən tərəfləri” – dəyirmi masa
Bakı, 5 noyabr, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Şuşa mədəni irsinin görünməyən tərəfləri” mövzusunda dəyirmi masa keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, dəyirmi masada “Qarabağ ədəbi mühiti: az təbliğ olunmuş və təhrif olunmuş məqamlar (X Natəvanın, M.M.Nəvvabın və Y.V.Çəmənzəminlinin həyat və yaradıcılığı nümunəsində)”, “Şuşa - təbiətin möcüzəsi və əsrarəngiz sənətkarlığın vəhdəti”, “Şuşa Azərbaycan musiqisinin məbədi kimi”, “Şuşa folklorunun izi ilə” mövzularında məruzələr dinlənilib.
Məruzələrdə XIX əsr Şuşa musiqi məclisləri, xanəndələri, muğam ustaları, vokal sənətinin nümayəndələri, tar, kamança, balaban ifaçıları haqqında dolğun məlumatlar diqqətə çatdırılıb, Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin bu tarixi köklərə söykəndiyi qeyd edilib.