ŞUŞA TEATRINDA... “DAĞILAN TİFAQ”
Teatrın direktor müavini Azad Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, iki hissəli faciənin quruluşçu rejissoru respublikanın əməkdar artisti Yadigar Muradov, quruluşçu rəssamı Valeh Məmmədovdur.
Əsas rollarda əməkdar artist Şükufə Musayeva, aktyorlar Teymur Məmmədov, Gülnarə Mirzəyeva, İqrar Salamov, Aybəniz Əhmədova və başqaları oynayacaqlar.
“Dağılan tifaq”ın premyerası oktyabr ayının sonlarında Dövlət Gənc Tamaşaçılar Teatrında olacaqdır.