Tacikistanda koronavirusa yoluxanların sayı artıb
Düşənbə, 9 may, AZƏRTAC
Son sutka ərzində Tacikistanda yeni növ koronavirusa yoluxanların sayı 61 nəfər artaraq 522 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Tacikistan Səhiyyə Nazirliyinin mətbuat katibi Bibixanım Dərvişzoda məlumat verib. O deyib ki, virusa yoluxanların sayı Düşənbədə 233, Soqd vilayətində 139, Xatlonda 59, Dağ Bədəxşanda 18, digər rayonlarda isə 83 nəfərdir.
Bildirilib ki, xəstəxanalarda 4226 nəfər karantinə alınıb. Son 24 saat ərzində 420 nəfər evə yazılıb, 2 nəfər ölüb. Aprelin 30-dan bu yana ölənlərin sayı 14 nəfərə çatıb.
Xatırladaq ki, Tacikistanda koronavirusa ilk yoluxma aprelin 30-da aşkarlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]