Tahir Gözəl: Bu qələbə bizə lazım idi
Bakı, 21 sentyabr, AZƏRTAC
Bu gün yaxşı oyun nümayiş etdirdik. Bu qələbə bizə lazım idi.
AZƏRTAC xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Bakıda Norveç "Molde"sinə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Klubun prezidenti rəqib komandanın qapıçısının yaxşı oynadığını qeyd edib: “Bu münasibətlə onu təbrik edirəm. Çox yaxşı performans göstərdi. Lakin biz hər bir halda qələbə qazandıq”.
Tahir Gözəl komandanın sabiq qapıçısı Şahruddin Məmmədəliyevin gedişindən danışıb: “Andre Lunyovun oyunundan razı qaldım. Amma Şahruddində bizim üçün özəl insan idi, onun özünəməxsus dəst-xəti var idi”.
O, Türkiyə təmsilçisi olan “Qalatasaray” klubu ilə “Qarabağ” komandası arasında rəsmi görüşün keçirilməsini istədiyini bildirib: “Onlarla qeyri-rəsmi matçda oynamışıq. Amma həmin qarşılaşmada tam güc sərf etmədik. Fikrimcə, “Qalatasaray” kimi möhtəşəm klubla görüşə tamamilə hazırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]