Taleh Süleymanov: Dünya çempionatının Bakıda təşkil olunması bizim üçün böyük əhəmiyyət kəsb edir
Bakı, 29 may, AZƏRTAC
Yeddi ildir taekvondo idman növü ilə məşğul oluram. Taekvondo üzrə dünya çempionatının Bakıda təşkil olunması bizim üçün böyük əhəmiyyət kəsb edir.
Bu sözləri Bakıda keçirilən dünya çempionatında ölkəmizi təmsil edəcək taekvondoçu Taleh Süleymanov AZƏRTAC-a müsahibəsində deyib.
Taekvondoçu bildirib ki, çempionata böyük məsuliyyətlə yanaşırıq. Uzun zaman çempionatla bağlı təlim-məşq toplanışında iştirak etmişik. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaraq himnimizi səsləndirib, bayrağımızı yüksəklərə qaldıraq. Mən mayın 31-də döyüşə çıxacağam. Böyük motivasiya ilə qələbə qazanmağı gözləyirəm.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]