MƏDƏNİYYƏT
“Talelər qovuşanda” tamaşası 135-ci dəfə nümayiş olunub
![“Talelər qovuşanda” tamaşası 135-ci dəfə nümayiş olunub](/files/2020/1/1200x630/15810641374761415982_1200x630.jpg)
Bakı, 7 fevral, AZƏRTAC
Yarım əsrdən çoxdur ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında uğurla nümayiş olunan “Talelər qovuşanda” ikihissəli operetta bu dəfə də teatrsevərlər tərəfindən maraqla qarışlanıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzun illərdir Xalq artisti Rauf Hacıyevin ölməz musiqilərinin sədaları altında, müxtəlif rejissorların yozumunda təqdim olunan tamaşanın sonuncu quruluşu mərhum rejissor Faiq Zöhrabova aiddir.
135-ci dəfə nümayiş edilən səhnə əsərində rolları Əməkdar artist Novruz Qartal, aktyorlar - Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Emil Heydərov, Güldanə Əzimova, Türkel Tariqpeyma, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov ifa ediblər.
Balet və xor artistləri də həmişə olduğu kimi, tamaşaya xüsusi ahəng qatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]