“Taliban” Əfqanıstanda TAPI qaz kəmərini mühafizə etməyə vəd verib
Bakı, 1 noyabr, AZƏRTAC
“Taliban” hərəkatı TAPI qaz kəmərinin inşasına və mühafizəsinə şərait yaradacaq.
AZƏRTAC “The Express Tribune” qəzetinə istinadla xəbər verir ki, bunu Əfqanıstanın müvəqqəti hökumətinin müdafiə naziri Molla Məhəmməd Yaqub deyib.
“Mən milli TAPI layihəsinin təhlükəsizliyinə birbaşa cavabdehəm. Onun həyata keçirilməsi üçün istənilən fədakarlığa hazırıq”, - deyə Molla Məhəmməd Yaqub bildirib.
Qeyd edək ki, Əfqanıstan, Pakistan, Hindistan və Türkmənistanın iştirakı ilə həyata keçirilən TAPI qaz kəmərinin inşası 2015-ci ildə başlayıb. Layihənin dəyəri 10 milyard dollardır. Boru kəməri zəngin enerji ehtiyatlarına malik Mərkəzi Asiyanı Cənubi Asiyanın enerji çatışmazlığından əziyyət çəkən ölkələri ilə birləşdirəcək. Hər il Türkmənistandakı “Qalkınış” qaz yatağından çıxarılan 33 milyard kubmetr qaz Əfqanıstan və Pakistandan keçməklə Hindistana çatdırılacaq. Əfqanıstanın bu layihədən ildə 500 milyon dollar qazanc götürəcəyi gözlənilir.
TAPI ilə yanaşı, TAP-500 adlanan digər layihə Əfqanıstandan keçməklə Türkmənistandan Pakistana elektrik enerjisinin nəqlini nəzərdə tutur. Bu iki layihənin icrası ötən həftənin sonunda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun Kabilə səfəri zamanı müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]