MƏDƏNİYYƏT
Tanınmış misirli fotoqraf Bakıda ustad dərsləri keçib
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Fotoqrafları Birliyinin (AFB) və Bakı Fotoqrafiya Evinin birgə təşkilatçılığı ilə Misirin İsgəndəriyyə şəhərindən paytaxtımıza qonaq gəlmiş tanınmış fotoqraf Yasir Əla Mübarək yerli fotoqraf və fotosevərlərlə görüşərək onlara ustad dərsləri keçib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar Yasir Əla Mübarəkin təqdim etdiyi foto və proyektlərdən böyük zövq alaraq onunla səmimi söhbət və müzakirələr aparıblar.
Sonda AFB-nin sədri Mirnaib Həsənoğlu qonağa “Şuşa” kitabını hədiyyə edib və ona təşəkkürünü bildirib.
Qeyd edək ki, Yasir Əla Mübarək dünyada bir çox nüfuzlu mükafatlara layiq görülmüş fotoqraflardandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [18:24]
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 21.05.2024 [13:26]
Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib
- 21.05.2024 [12:49]