Tanınmış modelyer yeni kolleksiyasını təqdim edib
Bakı, 22 yanvar AZƏRTAC
Tanınmış modelyer Fikrət Əliyev Bakıda yeni geyim kolleksiyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, dəfilədə modelyerin 20-dək yeni işi nümayiş olunub.
O, “Payız-Qış” yeni kolleksiyası haqqında bildirib ki, dünya modelyerləri yeni payız-qış və yaz kolleksiyalarını təqdim edirlər: “Yeni geyim modellərimi fərqli üsulda nümayiş etdirmək istədim. Kolleksiyada daha çox rəngli parçalara üstünlük verilib”.
Tədbir tanınmış sənətçilərin konsert proqramı ilə davam edib.