Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tanınmış şair və publisist Əli Rza Xələflinin 60 illik yubileyi qeyd edilmişdir

Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair və publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin 60 illik yubileyi qeyd edilmişdir.

AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan tənqidinin tanınmış simalarının, şair və yazıçıların, Cəbrayıl ziyalılarının iştirak etdikləri tədbirdə Əli Rza Xələflinin həyat və yaradıcılığından söhbət açılmışdır.

Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə bildirmişdir ki, Əli Rza Xələfli tariximizin iki əsrinin, iki möhtəşəm minilliyin qovuşuğunda yaşayıb-yaradan istedadlı Azərbaycan ziyalısıdır. Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya göz açan və bu gün məcburi köçkünlük həyatı yaşayan şair iyirmi ildən artıqdır ki, qəlbində Qarabağ ağrısı ilə vətəndaşlıq ruhunda şeir, poema, roman və kəsərli publisistik əsərlər yazır. “Həsrət körpüsü” və “Araz ağrısı” kitabları ilə o, bir filosof şair, “Od” romanı və “Üçüncü dünyanın qorxusu” povesti ilə istedadlı nasir, “Meyar”, “Ölməzlik nəğməsi”, “Həyatın dastanı” kitabları ilə kəsərli qələmə malik publisist kimi ədəbiyyata daxil olmuşdur.

N.Şəmsizadə diqqətə çatdırmışdır ki, çağdaş Azərbaycan ədəbi-tarixi mühitində böyük nüfuza malik “Kredo” qəzeti bir vətəndaş, ziyalı kimi onun ən böyük əsəridir. On beş ilə yaxındır ki, “Kredo” Azərbaycan ədəbi-ictimai mühitində “Sovremennik” jurnalının XIX əsr rus tarixində oynadığı rolu oynamaqdadır. Ədəbiyyatın, millətin və Vətənin fədakarı olan Əli Rza Xələflinin nəşr etdirdiyi “Kredo” qəzetinin redaksiyası bu gün söz və qələm adamlarının görüş yeridir.

Dərin istedada, qibtə olunacaq dərəcədə yaradıcılıq enerjisinə, zəhmətsevərliyə və fəal həyat mövqeyinə malik olan Əli Rza Xələflinin əsərlərinin baş mövzusunun Allah, söz, cahan və insan münasibətləri olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, onun əsərlərinin dəyərini yalnız bu münasibətlər müstəvisində müəyyən etmək olar.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar isə Əli Rza Xələflinin ədəbiyyatımıza təmənnasız xidmət göstərdiyini qeyd etmişdir. Bildirmişdir ki, Şimali və Cənubu Azərbaycanı birləşdirən Xudafərin körpüsünə öz yaradıcılığında xüsusi yer ayıran Əli Rza Xələflinin “Kredo” qəzeti yazıçılarla oxucular arasında körpü rolu oynayır.

Yubilyara Azərbaycan Yazıçılar Birliyi adından hədiyyə təqdim edilmişdir.

Tanınmış tənqidçi, professor Təyyar Salamoğlu Əli Rza Xələflinin ömür və sənət yolu barədə məruzə ilə çıxış etmişdir.

Məruzəçi bildirmişdir ki, Əli Rza Xələfli Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Cəbrayılın Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaliyyətinə görə “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülmüşdür. 1980-ci illərin əvvəllərindən “Xudafərin”, “Qoşa qanad”, “Qarabağ” və “Həyat” qəzetlərində xüsusi müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır. 1999-cu ildən “Kredo” qəzetinin baş redaktoru kimi qəzetçilik fəaliyyəti onun qeyri-adi dərəcədə bitib tükənməyən orijinal publisistikasını cilalayıb formalaşdırmışdır.

Qeyd edilmişdir ki, Əli Rza Xələflinin “Ocağımın işığı” (2001), “İçərişəhər: daşlar, insanlar” (2001), “Damcılı” (2011), “Bu dünyanın mehmanısan” (2011), “Azadlığın qanı” (2011) və bu yaxınlarda Xəzər Universitetinin nəşriyyatında çap olunmuş “Bir bayatı çağırdım” kitabları onun hələlik bütün poetik yaradıcılığını əhatə edən dəyərli nəşrlərdir. Əli Rza Xələflinin tədqiqat xarakterli ədəbi-tənqidi görüşləri isə “Fənayənin sualları” (2006), “Dilimiz-varlığımız” (2009), “Adı Şadiman olanın...” (2009), “Yaddaşa aparan yollar” (2010), “Həyatın romanı” (2011) və “Ölməzlik nəğməsi” (2013) kitablarında öz əksini tapmışdır.

Bildirilmişdir ki, Əli Rza Xələfli Həsən bəy Zərdabidən, Cəlil Məmmədquluzadədən, Əli bəy Hüseynzadədən gələn yolun layiqli davamçısı vəzifəsini yerinə yetirir. Mərhum professor Abbas Hacıyev “Sənətin işığında” adlı kitabını bütövlükdə Əli Rza Xələflinin yaradıcılığına həsr etmişdir.

Görkəmli dilçi alim, professor Qəzənfər Kazımov çıxışında şairin “Araz ağrısı” poemasını Azərbaycanın Qarabağ faciəsinə həsr olunmuş ən sanballı bir əsər kimi qiymətləndirmişdir. Demişdir ki, Əli Rza Xələfli bu əsəri ilə bizi xalqın ruhunun ifadəçisi olan canlı, sadə və doğma dilimizin poetik cazibəsində saxlamaq gücündədir.

Tədbirdə professorlardan Buludxan Xəlilov, Himalay Qasımov, yazıçı Yasir Nəsirli, şair Yusif Nəğməkar, tənqidçi Sabir Bəşirov, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və digər çıxış edənlər Əli Rza Xələflini dərin biliyə, zəngin söz ehtiyatına, yüksək yaradıcılıq temperamentinə, orijinal erudisiyaya və hüdudsuz təxəyyülə malik olan bir ziyalı kimi səciyyələndirmişlər. Diqqətə çatdırılmışdır ki, Əli Rza Xələflinin əsərləri daim ədəbi tənqidin diqqətində olmuşdur. Xüsusilə şairin son kitabları barədə mətbu orqanlarda çoxlu sayda müsbət rəylər dərc edilmişdir.

Çıxış edənlər “Qızıl qələm”, “Araz”, Qılınc və qələm”, Beynəlxalq Rəsul Rza, Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatlarına layiq görülmüş ziyalımızı 60 illik yubileyi münasibətilə təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.

Tədbirdə, həmçinin Əməkdar Artist Ağalar Bayramov yubilyarın əsərlərindən nümunələr səsləndirmişdir.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Əli Rza Xələfli yeni şeirlərini oxumuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib - ŞƏRH

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk

Azərbaycan nefti 82 dollara satılır

Mərkəzi Bank: İslam maliyyəsi risk platforması əsasında çox gözəl alətlər təqdim edir

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır