“Tank biatlonu”nda iştirak edən Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıblar
Bakı, 17 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən komandalar püşkatmaya əsasən, idarə edəcəkləri tanklara baxış keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar.
Azərbaycan tankçıları avqustun 24-də Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaqlar.
Müsabiqə sentyabrın 4-dək davam edəcək.