Tarix-memarlıq qoruğunda Novruz şənliyi
Bakı, 22 mart, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil olunur. Bu münasibətlə Hacıqabul rayon “Pir Hüseyn” xanəgahı tarix-memarlıq qoruğunda keçirilən növbəti şənlikdə ilk olaraq dövlət himni səsləndirilib və bayram tonqalı yandırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir keçirilən məkan milli ornamentlər və Novruz bayramına aid atributlar ilə bəzədilib. Hacıqabul rayon Milli Qəhrəman Mübariz İbrahimov adına İdman və Sağlamlıq Mərkəzinin yetirmələri öz fəaliyyətlərini nümayiş etdirib. Bahar libaslarını geyinmiş körpələr bayram sovqatları ilə tədbir iştirakçılarında xoş ovqat yaradıb.