Tarix Muzeyində Azıx mağarasından tapılmış alt çənə sümüyü qorunur
Bakı, 16 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda Qarabağda, Xocavənd rayonundakı Azıx mağarasından tapılmış alt çənə sümüyü qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, 1968-ci ilin iyununda məşhur arxeoloq, professor Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar edib. Çənə sümüyü qalın, dişləri isə xırdadır. Paleoantropoloji tədqiqat zamanı professor Dəmir Hacıyev onların 18-22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirib. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və Heydelberq adamına uyğun gəlsə də, eyni zamanda, Neandertala yaxındır. Azıxantrop ilk paleoantropa keçid mərhələsidir. Təqribən 350-400 min il əvvəl yaşamış Azıxantrop dünyanın ən qədim insan qalıqlarından hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [22:01]
Azərbaycan Avropa Həftəsində təmsil olunub
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər
- 10.05.2026 [23:44]
Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb
- 10.05.2026 [23:32]
Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub
- 10.05.2026 [23:03]
Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır
- 10.05.2026 [22:58]
Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
- 10.05.2026 [22:53]
Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub
- 10.05.2026 [22:45]
Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir
- 10.05.2026 [22:44]
Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub
- 10.05.2026 [22:31]
Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 10.05.2026 [22:07]
Azərbaycan Avropa Həftəsində təmsil olunub
- 10.05.2026 [22:01]
Premyer Liqa: "Neftçi"dən asan qələbə
- 10.05.2026 [21:39]