Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi uğurlarla zəngin üç il: Xalqa və dövlətə şərəfli xidmət missiyası

Tarixi uğurlarla zəngin üç il: Xalqa və dövlətə şərəfli xidmət missiyası

Bakı, 11 aprel, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin üç ili tamam olur. Ötən üç il ərzində müxtəlif sahələrdə əldə olunan böyük nailiyyətlər, o cümlədən Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub.

Xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.

AZƏRTAC dövlətimizin başçısının son üçillik prezidentlik dövrünün bəzi xarakterik məqamlarına nəzər salır.

Gücünü xalqından alan və onun maraqlarını hər şeydən üstün tutan lider

Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son üç ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev daim xalq ilə təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.

Ötən müddət ərzində də Azərbaycan Prezidenti hər zaman xalqının yanında oldu, onun problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdı. Bildiyimiz kimi, 2019-cu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Hadisədən dərhal sonra dövlətimizin başçısı zəlzələ baş verən ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi, müvafiq Sərəncam imzalandı və Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Təbii fəlakət nəticəsində dağılan bir sıra evlər ən qısa müddətdə əsaslı şəkildə təmir edilərək sahiblərinə təqdim olundu. Əlbəttə bu, Azərbaycan Prezidentinin, dövlətinin öz vətəndaşına göstərdiyi diqqətin bariz nümunəsidir.

Bununla yanaşı, dövlətimizin başçısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirir, xalqın Prezidentinə olan inamını daha da artırır. Bu amillər həm də Prezident və xalqın birliyi konsepsiyasının əsas qayəsini təşkil edir.

Ötən il 44 günlük Vətən müharibəsi də xalqımızın öz Prezidentinin ətrafında necə sıx birləşdiyini açıq şəkildə nümayiş etdirdi. Müharibənin ilk günlərindən müdrik xalq Prezidentinə, Ordusuna güvəndi və böyük Qələbənin əldə olunması üçün səfərbər oldu. 44 gün davam edən müharibə ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Azərbaycan Prezidentinin müdrik siyasəti, Ordumuzun gücü sayəsində düşməni tarixi torpaqlarımızdan qovduq.

Xalq-Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. 44 gün ərzində mütəmadi olaraq xalqa müraciətlər edərək ona əsl həqiqətləri, vacib xəbərləri çatdıran Prezident həm də bu birliyin əbədiliyini təmin etdi.

Sosial inqilab xarakterli qərarlar

Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllinə çox böyük diqqət ayırıb. Bunu rəqəmlər də təsdiqləyir: Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. Hazırda işsizlik 5 faiz səviyyəsindədir.

Məhz əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir ki, 2019-cu ilin aprelində xalqımız on milyonuncu sakinin dünyaya gəlişini bayram etdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin ideyalarına söykənən, böyük uzaqgörənliklə həyata keçirilən siyasətin uğurlarıdır.

Hər zaman sözü ilə işi bir olan dövlətimizin başçısı 2018-ci il aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı demişdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

Ötən üç il ərzində Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də ciddi addımlar atıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan bu fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum aylıq əməkhaqqı, pensiyalar artırıldı. Dövlətimizin başçısı tərəfindən qısa müddət ərzində həyata keçirilən uğurlu sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaratdı.

Onu da qeyd etmək lazımdır ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. 2019-cu il 28 yanvar tarixli daha bir Fərmanla isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirildi.

Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən müddət ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Dövlətimizin başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Daha bir Sərəncamla isə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da 500 mindən çox məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət etdi. Həmçinin 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu.

Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu.

Təbii ki, bütün dünya üçün bir sınaq olan COVID-19 pandemiyası dövründə də dövlətimizin başçısı vətəndaşlarımızın sağlamlığının qorunması, sosial problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul etdi. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bununla yanaşı, koronavirusa yoluxmuş şəxslərin müalicəsinin aparılması üçün modul tipli xəstəxanalar inşa edildi, bu xəstələri müalicə edən həkimlərin maaşları artırıldı və digər zəruri addımlar atıldı.

Əlbəttə, bu illər ərzində sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir.

Dövlət idarəçiliyində innovativ uğurlar

Son illər Azərbaycanın dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atılıb. Prezidentin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunur. Son illər ərzində ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi işlər görülüb, ölkə üzrə bu mərkəzlərin sayı 20-yə çatdırılıb.

Qeyd etməliyik ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi yaradılıb ki, bu da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.

Ötən üç il ərzində dövlətimizin başçısı tərəfindən daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı həyata keçirilən islahatlardan biri kimi, “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, dövlətimizin başçısı tərəfindən Mədəniyyət Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərmanlar imzalanıb. Həmçinin Prezident İlham Əliyev 2019-cu il yanvarın 17-də Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb ki, bu qərarlarla da bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuedilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi, ya da daha çevik mexanizmlərlə əvəzlənməsi həyata keçirilib.

Bununla yanaşı, ötən müddət ərzində ölkəmizdə ciddi kadr islahatları da aparıldı. Belə ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və nazirliklərdə, yerli icra orqanlarında aparılan islahatlar cəmiyyətimiz tərəfindən də çox müsbət qarşılandı və bunun müsbət nəticələri artıq müşahidə edilir.

Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirmək, onun cəmiyyətə mümkün təsirlərini araşdırmaq, ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etmək mümkün olacaq.

Qısa müddət ərzində dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində qazanılan bu uğurlar həm də dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunmasına xidmət edir. Bu struktur islahatları dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfələr verəcək.

Azərbaycan Prezidentinin qlobal təşəbbüsləri: Möhkəmlənən beynəlxalq əməkdaşlıq

Bu gün Azərbaycan müstəqil və tarazlaşdırılmış xarici siyasəti ilə beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir. Ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin artıq tarixə qovuşması ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu daha da gücləndirmiş oldu.

Ötən üç il ərzində həllini tapan önəmli məsələlərdən biri də Xəzərin hüquqi statusunun müəyyənləşməsi oldu. 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı çərçivəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu sənəd həm də Xəzəryanı ölkələrlə çox sıx və bərabərhüquqlu münasibətlərə malik Azərbaycan üçün yeni əməkdaşlıq perspektivləri açdı.

2018-ci ilin iyulunda dövlətimizin başçının Brüsselə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması da mühüm tarixi əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir.

Digər tərəfdən ötən ilin sonlarında istifadəyə verilən Cənub Qaz Dəhlizi də Azərbaycanın beynəlxalq əməkdaşlıq istiqamətində atdığı mühüm addımlardan biri kimi yüksək qiymətə layiqdir. Belə ki, Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır və beləliklə, ölkəmizin təşəbbüsü ilə reallaşan daha bir qlobal əhəmiyyətli layihə uğurla həyata keçirildi.

Təbii ki, koronavirus xəstəliyi səbəbindən yaranan ağır böhran, iqtisadi tənəzzül dünyanı bu vəziyyətdən çıxış yolları axtarmağa məcbur edir. Dünyanın beyin mərkəzləri, aparıcı təsisatlar müxtəlif proqnozlar verir, çıxış yollarını arayırlar. Dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda məntiqə, əsaslı arqumentlərə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa, həmrəyliyə çağıraraq əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi, yalnız birgə atılan addımlarla bu sınaqdan üzüağ çıxmağın mümkünlüyünü vurğuladı. Azərbaycan Prezidenti sədri olduğu Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə Zirvə görüşlərini təşkil etdi və belə ağır məqamda sıx əməkdaşlığın zəruriliyini ifadə etdi. Dövlətimizin başçısının təşəbbüsü ilə, həmçinin BMT Baş Assambleyasının COVID-lə bağlı xüsusi sessiyası keçirildi.

Bu gün artıq bütün dünya Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir edir və onu yüksək qiymətləndirir.

Qazanılan uğurlar beynəlxalq qurumların diqqət mərkəzində

Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Həmçinin ölkəmiz dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Eyni zamanda, Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Bununla yanaşı, Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə də nəzər salaq: Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Ölkəmiz islahatçı obrazı əmsalına görə dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi indeksinə görə Azərbaycan 11-ci yerdədir. Bunlarla yanaşı, hesabatda ölkəmiz dəmir yolu xidmətlərinin, hava yolları xidmətlərinin səmərəliliyinə və avtomobil yollarının keyfiyyətinə görə də yüksək yerdədir.

Təbii ki, Prezident İlham Əliyev tərəfindən görülən işlərə ən yüksək qiyməti Azərbaycan xalqı verir. Xalqımız onun 30 illik həsrətinə son qoyan, qüdrətli dövlət qurmağı bacaran liderinin ətrafında sıx birləşib və dövlətimizin başçısının ölkəmizin daha parlaq gələcəyini təmin edəcəyinə əmindir.

Əsəd Məmmədov

AZƏRTAC-ın baş redaktoru

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNƏCƏK

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO