Tasin Cəmil: Bakı Qərbdən gələndə ilk Şərq, Şərqdən gələndə ilk Qərb şəhəridir
Bakı, 14 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumda iştirakı və açılış mərasimindəki nitqi həmin məclisin siyasi və praktiki əhəmiyyətini daha da artırmışdır.
Bu sözləri Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda Beynəlxalq konfransın iştirakçısı, Rumıniyanın Babeş-Bolyai Universitetinin nəzdində fəaliyyət göstərən Türk və Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun direktoru, professor Tasin Cəmil AZƏRTAC- a müsahibəsində demişdir.
Professor T.Cəmil qeyd etmişdir ki, olduqca çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda planetimizin beş qitəsindən filosofları bir yerə toplayan, mədəniyyətlərin dialoquna kömək edən, bu alimlərə məsləhətləşmə və fikir mübadiləsi aparmalarına imkan yaradan belə forumlara bu gün çox böyük ehtiyac vardır.
Rumıniyalı alim Azərbaycanın paytaxtı haqqında fikirlərini bölüşərkən demişdir ki, əhəmiyyətli geostrateji məkanda yerləşən Bakı müxtəlif dinlərin, xalqların birgə yaşadığı və tolerantlığın hökm sürdüyü bir şəhərdir. Qərbdən gələndə ilk Şərq şəhəri, Şərqdən gələndə isə ilk Qərb şəhəri olan Bakı, eyni zamanda, mədəniyyətlərin qovuşduğu məkandır. Məhz buna görə də bu şəhər mədəniyyətlərin mərkəzinə çevrilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]