Tbilisidə Cansuq Kaxidze adına V Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Tbilisi, 2 may, AZƏRTAC
Cansuq Kaxidze adına V Beynəlxalq Musiqi Festivalı mayın 5-dən 17-dək Tbilisidə keçiriləcək. Amerika Birləşmiş Ştatlarından olan tanınmış caz musiqiçiləri - bas gitaraçı Rişar Bona, kontrabas ifaçısı və bəstəkar Avişay Koen festivalın qonaqları olacaqlar.
AZƏRTAC xəbər verir ki, Rişar Bona Vaxtanq Kaxidzenin rəhbərliyi altında simfonik orkestrin müşayiəti ilə mayın 5-də çıxış edəcək.
Tbilisi Simfonik Orkestrinin müşayiəti ilə Avişay Koenin çıxışı mayın 17-də təşkil olunacaq. Musiqiçi özünün triosu ilə - kontrabas, fortepiano və zərb alətləri ilə çıxış edəcək.
Festivalın üçüncü qonağı isə 2013-cü ildə Gürcüstanda yaradılmış “The Georgian Six” vokal qrupu olacaq.
Gürcüstanın tanınmış dirijoru və bəstəkarı Cansuq Kaxidzeyə həsr edilən bu festival Tbilisidə 2015-ci ildən keçirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]