Tbilisidə qadınlar arasında şahmat üzrə şəxsi Avropa çempionatı davam edir
Bakı, 16 may (AZƏRTAC). Gürcüstanın paytaxtı Tbilisidə qadınlar arasında şahmat üzrə şəxsi Avropa çempionatında 8-ci turun qarşılaşmaları olmuşdur.
AZƏRTAC xəbər verir ki, 8 turdan sonra Viktoriya Çmilite (Litva) və Bela Xotenaşvili (Gürcüstan) 6,5 xalla liderdirlər. 7 şahmatçı liderlərdən yarım xal geri qalır. Azərbaycan təmsilçiləri Xəyalə Abdulla, Nərmin Kazımova və Xəyalə İskəndərovanın hərəyə 5, Türkan Məmmədyarova və Səbinə İbrahimovanın hərəyə 4,5, Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Nərmin Xəlilovanın hərəyə 3,5, Nərgiz Umudovanın 3, Ülviyə Fətəliyeva və Səbinə Quliyevanın hərəyə 2,5, Turan Əsgərovanın 2, Nərmin Soyunlunun 1,5 xalı vardır.
Qitə çempionatının 9-cu turunda X.Abdulla-Natalya Jukova (Ukrayna), N.Kazımova-Kristina-Adela Foysor (Rumıniya), X.İskəndərova-Jolanta Zavadzska (Polşa), T.Məmmədyarova-Anna Uşenina (Ukrayna), S.İbrahimova-Yelena Sedina (İtaliya), G.Məmmədova-Madonna Bokuçava (Gürcüstan) və digər qarşılaşmalar olacaqdır.
Mükafat fondu 110 min avro olan Avropa çempionatı mayın 19-da yekunlaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]