Tbilisidə Ulu Öndərin abidəsi ziyarət olunub
Tbilisi, 26 iyun, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi və hərbi attaşe aparatının zabitləri Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, səfir Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları, eləcə də Gürcüstanda səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol komandasının üzvləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi