Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub
Tbilisi, 18 noyabr, AZƏRTAC
Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Gürcüstanda səfərdə olan nümayəndə heyətinin üzvləri Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi