Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBABƏT YENİLİKLƏRİ

Kim ağlına gətirərdi ki, adi yerfındığı kəskin astma tutmasına, zərərsiz kivi övrə xəstəliyinə səbəb ola bilər, bir stəkan süd isə mədəyə bir şüşə romla (tünd spirtli içki) müqayisədə daha çox ziyan vurar? Fransa həkimləri bildirirlər ki, bəli, məhz belədir və bu, bəzi qida məhsullarının doğurduğu allergiyadan əziyyət çəkən milyonlarla fransız üçün kədərli gerçəklikdir. 

Son illər allergiya tutmalarının sayı daim artır və bir çox hallarda faciə ilə nəticələnir, xüsusən də uşaqlar üçün. Ona görə də Fransa Qida Məhsullarının Sanitariya Təhlükəsizliyi Agentliyinin və Milli Qida Məhsulları Assosiasiyasının ekspertləri hesab edirlər ki, bəzi adi ehtiyat tədbirlərini bilmək heç də pis olmazdı.

Məsələ ondadır ki, bu halın dəqiq elmi izahı hələlik yoxdur. İlk fərziyyələr sosial davranışın və qidalanma sisteminin dəyişməsinə əsaslanır. Məsələn, bəzi mütəxəssislərin fikrincə, allergiyaya meyllilik uşağı ana südü ilə bəsləməkdən imtina edilməsi, habelə onun yeməyinə yaşlıların istifadə etdiyi qida məhsullarının qatılması səbəb olur. Odur ki, mütəxəssislər uşağı azı üç ay ana südü ilə bəsləməyi təkidlə məsləhət görürlər, Dünya Səhiyyə Təşkilatı ekspertlərinin rəyincə isə, uşağa azı altı ay ana südü vermək ideal variant olardı. Yalnız bundan sonra yüngül süd məhsullarına keçmək və uşağa yalnız 4-6 aylığında ayrı-ayırlıqda və az miqdarda meyvə və tərəvəz vermək olar, amma ekzotik meyvə və tərəvəzlər olmaz. O ki qaldı ət, balıq və yumurtaya, onları uşaq 6-8 aylığa çatmayınca vermək məsləhət deyildir.

Nəhayət, allerqoloqlar uşağın bəzi məhsulların zərərli təsirinə hələ ana bətnində ikən məruz qala biləcəyini istisna etmirlər. Buna görə də onlar hamilə qadınlara araxis, quru meyvə və ekzotik meyvələri, habelə küncütü az yeməyi məsləhət görürlər.

Allergiya mexanizminin mürəkkəbliyi alimləri çaşdırır. Məsələn, “gigiyena” nəzəriyyəsi tərəfdarlarının fikrincə, ətraf mühitin getdikcə artan sterilizasiyası (mikrobsuzlaşması) insan orqanizminin həssaslığının və reaksiya qabiliyyətinin dəyişməsinə gətirib çıxarır. Nəticədə, həddindən ziyadə qorunan orqanizm zərərsiz məhsulu güclü allergendən fərqləndirmək qabiliyyətini itirir.

Bu mübahisəli nəzəriyyənin əleyhdarları isə, əksinə, hesab edirlər ki, qidanın “beynəlmiləlləşdirilməsi” heç də az təhlükəli rol oynamır. Yəni, indi süfrəyə dünyanın hər yerindən gətirilən məhsullar daha çox qoyulur ki, bu da mümkün allergenlərin spektrini xeyli genişləndirir. Elə həmin kivi və ya küncüt buna inandırıcı misal ola bilər.

Alimlər xəbərdarlıq edirlər: süfrəmiz üçün mağazadan çoxtərkibli yeməklər və ya yarımfabrikatlar almaqla biz onlardakı gizli allergenlərin zərərli təsirinə məruz qalmaq təhlükəsini artırırıq. Bunlar kütləvi istehsal zamanı tez-tez istifadə edilən, amma, bir qayda olaraq, etiketlərdə göstərilməyən yumurta zülalı, toz halında süd, lüpin (acıpaxla) unu ola bilər.

Həmin komponentlər yalnız məhsulun tərkibində 25 faizdən az olmadıqda etiketlərdə qeyd edilir. Fransız allerqoloqları isə bu həddi 5 faizə endirməyi, - hərçənd bu da tam təhlükəsizliyə təminat vermir, - təklif edirlər.

Allerqoloqlar xatırladırlar ki, uşaqlar üçün ən təhlükəli məhsullar, ilk növbədə, araxis, sonra isə yumurta, inək südü və balıqdır. Onlar nəinki mədə pozğunluğuna, həm də ölümlə nəticələnən asmatik boğulmaya səbəb ola bilər. Yaşlılar üçün üç qrup allergen müəyyən edilmişdir. Birinci qrupa kivi, şabalıd, avokado, banan, ikinci qrupa alma, armud, gavalı, üçüncü qrupa isə kök, kərəviz daxildir.

X x x

İTAR-TASS-ın verdiyi xəbərə görə, Fransa və ABŞ həkimləri xəstələrin özlərinin hüceyrə toxumasından istifadə etməklə, kəskin ürək çatışmazlığının ən yeni terapiyasını işləyib hazırlamışlar.

Kliniki tədqiqatlar 300 könüllünü cəlb etməklə, Avropa ölkələrinin və ABŞ-ın müalicə müəssisələrində aparılacaqdır. Parisdəki Jorj Pompidu adına xəstəxananın cərrah-kardioloqu professor Filipp Menaskenin rəhbərliyi ilə Fransada 10 xəstənin müalicəsində istifadə edilən yeni terapiyanın ilk sınağı əla nəticələr vermişdir.

Xəstənin bud əzələsindən ürəyin zədələnmiş toxumalarını yenidən bərpa etmək iqtidarında olan “yatmış” hüceyrələr götürülür. Laboratoriya şəraitində yetişdirilən hüceyrələr sonradan bilavasitə xəstəlik nəticəsində dağılmış sahələrə yeridilir və onları tamamilə bərpa edir. Filipp Menaskenin xəstələri - kəskin ürək çatışmazlığından əziyyət çəkən on nəfərdən doqquzu özünü yaxşı hiss edir. Beynin qan dövranında ciddi patologiyası da olan bir xəstəni isə xilas etmək mümkün olmamışdır.

Ürək xəstəliklərinin müalicəsi proqramı dünyada bütün dövrlərdə həyata keçirilən proqramlardan ən vacibidir. Milyonlarla adam kəskin ürək çatışmazlığından əziyyət çəkir və bu xəstəlik onların yarısında miokard infarktına gətirib çıxarır ki, bu da ürək əzələsinin nekrozuna səbəb olur. Ehtimal ki, bu yeni, hələlik eksperimental müalicə üsulu ən çıxılmaz vəziyyətlərdə istifadə olunan ürək tranplantasiyasını əvəz etməyəcəkdir. Çox güman ki, bu metod ürək köçürülməsi mümkün olmayan, habelə üzərində şuntlama əməliyyatı aparılması məqsədəuyğun olmayan xəstələrə tövsiyə ediləcəkdir.

X X X

Pişikotunun kökü insanı QİÇS-dən qoruya bilər. Hər halda, Yaponiyanın Osaka universitetinin alimləri belə hesab edirlər. Onlar bu dərman bitkisinin tərkibində insanın immun çatızmazlığı virusunu təcrid edən və orqanizmə yayılmasına imkan verməyən maddə aşkar etmişlər.

İmmun çatışmazlığı virusu limfositlərə - qanın tərkibində olan və immunitetin inkişafında iştirak edən ağ hüceyrələrə daxil olaraq, limfositin DNT-sinə yeni virus hissəciklərinin sintezinə səbəb olan fraqmentini salır. Cavan virionlar qonşu limfositləri zədələyir və bu proses tədricən bütün orqanizmə yayılaraq, onun immunitetini tamamilə dağıdır. Yapon alimləri eksperimentlər zamanı virusu “tələyə” salmağa, yəni onun nəinki sağlam limfositlərə düşməsinə mane olmağa, ümumiyyətlə, zədələnmiş hüceyrənin hüdudlarından kənara çıxmasına imkan verməməyə müvəffəq olmuşlar. Bu effekt zədələnmiş limfositlər pişikotu kökündən alınmış maddə ilə qarışdırıldıqdan sonra əldə edilmişdir. Məlum olmuşdur ki, həmin maddə təcridedici xüsusiyyətlərə malikdir. “Əsir düşmüş” immun çatışmazlığı virusu çoxalma qabiliyyətini və deməli, yaşamaq qabiliyyətini itirir. İlk təcrübələr sübut etmişdir ki, bu bitkinin kökündən alınmış maddənin təsiri ilə qanın tərkibindəki virusun miqdarı 80 faiz aşağı düşür.

Professor Nobutosi Murakaminin sözlərinə görə, yeni üsul QİÇS-in hazırkı müalicə üsullarından əsaslı surətdə fərqlənir. Mövcud üsullar virusu məhv etmir, yalnız sağlam hüceyrələrə daxil olmasına, yaxud sonradan müxtəlif fəsadlara gətirib çıxara bilən dərmanların köməyi ilə öldürücü zülalların sintezinə mane olur. Alimlərin fikrincə, onların kəşfindən və artıq mövcud olan müalicə üsullarından birgə istifadə xəstəliyin qarşısını almağa kömək edə bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO