TƏBİİ FƏLAKƏT FRANSANIN CƏNUB-QƏRB BÖLGƏSİNƏ CİDDİ ZƏRƏR VURMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, güclü küləklə müşayiət olunan şiddətli yağışlar Fransanın Cənub-Qərbindəki departamentlərdə ciddi dağıntılara səbəb olmuşdur.
Lot-e-Koronn departamentində 100-dən çox evi, onlarla inzibati binanı su basmışdır. Evlərin birinci mərtəbəsinə dolmuş suyun səviyyəsi 80 santimetrə çatmışdır. 200 nəfər təhlükəsiz yerə köçürülmüşdür.
Jers departamentində çaylarda suyun səviiyəsi qalxıb ətrafı basmış, əkin sahələrinə ciddi zərər vurmuşdur. Onlarla maşın yollarda ilişib qalmışdır.
Ot-Pirene deparamentində isə güclü küləklər elektrik şəbəkəsini sıradan çıxartdığına görə yüzlərlə mənzil işıqdan məhrum olmuşdur.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkədə təcili tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]