TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə Misir Mərdanov ABŞ hökumətinin dəstəyi ilə ölkəmizdə həyata keçirilən təhsil proqramlarının əhəmiyyətindən danışmışdır. Nazir həmçinin Sülh korpusu könüllülərinin respublikamızın ayrı-ayrı təhsil ocaqlarında, xüsusilə kənd rayonlarındakı məktəblərdə ingilis dilinin tədrisinə göstərdikləri köməyi yüksək dəyərləndirmişdir. Bu könüllülər Naxçıvan Muxtar Respublikasında da fəaliyyətə başlayacaqlar.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rino Harniş Sülh korpusunun fəaliyyəti haqqında məlumat vermişdir. O, bu proqramın genişləndirilməsinin ABŞ prezidenti Corc Buş tərəfindən də dəstəkləndiyini söyləmişdir.
ABŞ Sülh korpusunun direktoru Qəddi Vasgez rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışmış, könüllülərin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda qarşılıqlı anlaşmaya xidmət etdiyini qeyd etmişdir. O, eyni zamanda, yeni könüllülərin də Azərbaycana gələcəyini diqqətə çatdırmış, əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduğunu söyləmişdir.
Sülh korpusu adından təhsil nazirinə hədiyyə təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]