ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi aprel ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb
![](/files/galleryphoto/2022/2/1200x630/16522786374105831194_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522786372395026594_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522786373143619293_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522786376361148365_1200x630.jpg)
Bakı, 11 may, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) aprel ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, aprel ayı üzrə 360 müraciətin 270-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 90 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş olmaması səbəbilə 42, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbilə 25, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciətinə mənfi cavab verilib.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 128, Rusiyadan 77, Ukraynadan 69, Gürcüstandan 23, Böyük Britaniyadan 15, digər ölkələrdən isə 48 müraciət daxil olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 39, iqtisadiyyat üzrə 30, biznesin idarə edilməsi üzrə 24, tibb üzrə 20, menecment üzrə 18 müraciət qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.