Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təkəlduz ustası: Bədii Tikmə Muzeyi yaratmaq istəyirəm

Bakı, 4 dekabr, AZƏRTAC

Ailə ənənəsinin davamçısı

-Anam və atam Şəkidə xalq yaradıcılığı sahəsində ən məşhur müəllimlər idilər. Onlar Şəkidə 8 və 19 nömrəli məktəblərdə əmək, rəsm və rəsmxət müəllimi kimi uzun illər işləyiblər. Anam şəhər pionerlər evində yaradılan xalq yaradıcılığı məktəbində təkəlduz sənətini öyrədən dərnəyə rəhbərlik edirdi. Məktəbdə fəaliyyət göstərən həmin dərnək çox böyük işlər görürdü və orta məktəbin bütöv bir mərtəbəsi tələbələrin əl işləri, keramika, boyakarlıq, meyvə toxumları ilə hazırlanmış tablolardan ibarət sərgi salonunu, muzeyi xatırladırdı. O vaxt Şəkiyə gələn əcnəbi qonaqların demək olar ki, hamısına həmin əl işlərini göstərərdilər, - deyə Mehriban Xəlilzadə AZƏRTAC-ın müxbirinə bildirib.

O, Şəkidə sənətkarlar ailəsi kimi tanınan Əlmahir Əliyev və Arifə Məmmədovların ocağında dünyaya göz açıb. Atası Ə. Əzimzadə adına Rəssamlı məktəbini bitirmişdi, anası Arifə xanım isə tikməçi idi. Belə bir ailədə doğulan Mehribanın lap erkən yaşlarından sənətə böyük məhəbbəti yaranıb. Arifə xanım iynəni yerə qoyan kimi o götürür, yavaş-yavaş bədii tikmə sənətinə yiyələnirdi. O, ilk işlərini ərsəyə gətirəndə 9 yaşı tamam olmamışdı.

“Anam 1994-cü ildə UNESCO -nun Pakistanda keçirdiyi İslam ölkələrinin incəsənət festivalında öz tikmələri ilə iştirak edib, tikmələri Türkiyə, ABŞ, Niderland, Macarıstan, Pakistan, İran və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş olunub. “Nyu-York tayms” qəzetində haqqında məqalə və 2000-ci ildə ABŞ-da incəsənət əsərlərinin qlobal kolleksiya kataloqunda əl işləri dərc olunub. Onun yüzdən çox tələbəsi var idi. Bu gün Şəkidə təkəlduzla məşğul olanlar ya anamın tələbəsi, ya da tələbəsinin öyrətdikləri və ya övladlarıdır. Onun tələbələrindən biri də mən olmuşam”, - deyə o, bildirib.

Bədii tikmənin 13 növü və qurama

Özbəklərin ilməduz, süzəni və yurma, qazaxların ilgədimen, qırğızıların ilməşəbəkə, tatarların tamburtikmə adlandırdığı təkəlduz yeganə qədim tikmə növüdür ki, iki əllə tikilir. Bir əl parçasının arxasında olur, digəri isə tikir. Ona görə də bu sənətin guya öz adını tək əllə tikilməkdən götürməsi tamamilə yanlışdır, tək alınıb tikilmək deməkdir.

Zərif sənətin izinə düşən tikməçi rəssam bu işin çox böyük zəhmət, diqqət, həssaslıq və səbir tələb etdiyini söyləyir: “Tikmə eskizin çəkilməsindən başlayır. Bundan sonra ucu qarmaq formasında olan iynə ilə naxışın ipək, pambıq, yun, atlas və digər saplarla parçaya köçürülməsi mərhələsi gəlir. İş prosesi 2-3 ay, bəzən material zərif olanda həcmdən asılı olaraq daha uzun müddət də davam edə bilər. Təkəlduzun bütün növlərində işlərim, tikmələrim var. Miniatür işləməyi çox sevirəm. İpək saplarla işlənən əsərlər daha keyfiyyətlidir, muncuqla işlənənlər isə gözə daha xoş gəlir”.

Nəbati və həndəsi naxışları al-əlvan parçaların üzərinə köçürən Mehriban xanımın verdiyi məlumata görə, materialına və işlənmə texnikasına görə bədii tikmənin 13 növü var: “Güləbətin, muncuqlu, pilək, tortikmə, məxmərtel, iynədabanı, quşgözü - onu bəzən cülmə və ya cinağı tikmə də adlandırırlar, sırımatikmə, doldurma, sanama və oturtma tikmə. Onların hər birinin öz tikilmə texnikası var. Məsələn, qızılı saplarla işlənilən güləbətin tikmədən daha çox saraylarda, əsasən geyimlərin yaxalığında və qolunda, kürək və çiyinlərində istifadə olunur, sanamadan süfrələrdə, doldurma tikmələrdən balış üzü, pərdə və məişət əşyalarının bəzədilməsində istifadə olunub”.

Onun dediyinə görə, bunlardan başqa rəngli parçaların müxtəlif üsullarla bir-birinə tikilməsindən də istifadə olunur və buna qurama deyilir.

Məxmərtel tikmə

Dekorativ xalq tətbiqi sənətinin 13 tikmə növündən biri də məxmərtel tikmədir. Relyefli tikmə isə məxmərtel tikmənin bir növüdür, onu xovlu tikmə də adlandırmaq olar, çünki kənardan xalçaya bənzəyir. Keçmişdə bu növdə ayrı-ayrı bəzi element və naxışlar tikilsə də, bütöv bir əsər işlənilməyib. Bu tikmə növü ilə müəyyən məna kəsb edən çoxlu elementlərin əks olunduğu mənzərə və miniatür işləmək çox böyük diqqət, səriştə və peşəkarlıq tələb edir.

“Bu tikmə növünün bir sıra özəllikləri var. İlk növbədə bu tikmə növündə eskiz parçanın arxasından çəkilir. İynə arxadan batırılmalı və arxadan çıxarılmalıdır ki, ön tərəfdə saplarla qabarıq ilmələr əks oluna bilsin. Eskizin köçürülməsi və tikilməsi prosesini bir növ güzgü effekti ilə müqayisə edə bilərik. Digər bir özəlliyi ondan ibarətdir ki, tikiləndən sonra qarşı tərəfdə xaotik mənzərə əmələ gəlir. Növbəti mərhələdə xaotik, qarmaqarışıq vəziyyətdə olan ilmələri maqqaşla bir-bir səliqəyə salmaq və öz yerinə oturtmaq lazım gəlir. İlmələr nəinki bir, hətta yarım millimetr yerini dəyişərsə, onda cizgi və elementlər istədiyin mənzərəni yaratmır. Bir millimetr kvadrata 9 ilmə yerləşdirmək mümkündür, işin xarakterindən asılı olaraq hətta 12 ilmə də yerləşdirmək olar. Təəssüf ki, bu tikmə növünün təlimi və tədrisi haqqında müasir incəsənətdə heç bir məlumat yoxdur”,- deyə Mehriban xanım bildirir.

Qeyd edək ki, o, məxmərtel üsulu ilə 30-dan artıq nadir tikmə hazırlayıb. Həmin təsvirləri bədii tikmənin bu növündə ilk və nadir işlər hesab etmək olar.

Rəssamın narahatlığı

Portret, miniatür və mənzərə janrlarında əsərlər yaradan tikməçi rəssam bu sənətin tədris olunmamasından da narahatlıq ifadə edir: “Necə olur ki, indi qobelen sənəti öyrədilir, tədris edilir, amma yüz illər boyu nənələrimizin məşğul olduğu bədii tikmə sənəti unudulur? İndi bu qədim sənətlə barmaqla sayılacaq qədər məşğul olan var. Nənələrimizin ilmə-ilmə toxuyub bu günə qədər gətirdikləri bədii tikmə sənəti indi ilim-ilim itmək təhlükəsi ilə üz-üzədir”.

Təkəlduzun müxtəlif növlərində 200-dək əsəri olan Mehriban Xəlilzadə “Neyron” tədris mərkəzində həftənin iki günü bu sahəyə maraq göstərən gənclərə sənətin sirlərini öyrədir, onları müxtəlif sərgilərə, muzeylərə apararaq bədii tikmə nümunələri ilə tanış edir. Doğrudur, təəssüf ki, onların arında öz taleyini bu sənətə bağlayanlar olmasa da, həvəskar səviyyədə davam etdirənlər olur.

Mehriban xanım deyir: “Bizə mütləq daimi bir məkan lazımdır. Vaxtilə Binəqədi rayonunda yaradıcılıq emalatxanası verilmişdi və orada daimi ekspozisiyamız var idi. O vaxt bu sənətlə maraqlananlarla orada görüşür, sərgilərdə iştirak edirdik, lakin həmin bina 2017-ci ildə söküldüyünə görə oradakı emalatxanada da sıradan çıxdı. İndi xeyli çətinliklərlə üz-üzəyik. Mən bu tikmə növünü təbliğ etmək, yaşatmaq, gələcək nəsillərə ötürmək istəyirəm. Bununla əlaqədar son vaxtlar tekalduz.com saytı yaratmışam və orada bədii tikmənin tarixi, növləri, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı sənətkarlar haqqında olan materialları alman və ingilis dillərinə tərcümə edib yerləşdirəcəyik. Ölkəmizdə Bədii Tikmə Muzeyi yaratmaq istəyirəm. Belə bir mərkəzin yaranması tikmənin saxlanılması, qorunması və gələcək nəsillərə ötürülməsini təmin edərdi. Muzeydə tədrislə də məşğul olmaq, master-klaslar təşkil etmək olar”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO