Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 449,2 milyon dollar qiymətləndirilib
Bakı, 11 iyun, AZƏRTAC
Üç ayda təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 449,2 milyon dollar məbləğində qiymətləndirilib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, daxilolmalar 272,2 milyon dollar, ödənişlər isə 177,2 milyon dollar olub. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 88,2 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6,9 faizini ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 4,9 faizini isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 5,9 faiz artaraq 240 milyon dollar, ölkədən ödənilən pul baratlarının həcmi isə 24,3 faiz artaraq 151,6 milyon dollar olub. Nəticədə pul baratları üzrə 88,4 milyon dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 95 milyon dollar (2,2 faiz azalma) təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]