Azərbaycan Dövlət İnformasiya Agentliyi

TELEVİZİYA EKRANI QARŞISINDA
QANLI YANVAR, 1990

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Televiziyası 1990-cı ilin faciəli yanvar hadisələrinə həsr olunmuş “Qanlı Yanvar, 1990” adlı verilişlər hazırlamışdır. Yanvarın 19-da efirə getmiş ikinci verilişin mətnini oxuculara təqdim edirik.

APARICI: Yeni ilə, 1990-cı ilin yanvarına Azərbaycan çox ağır və mürəkkəb siyasi şəraitdə qədəm qoydu. 1988-ci ildən başlanan xalq hərəkatı səngimək bilmirdi. Əksinə, Dağlıq Qarabağda erməni separatçılarının gündən-günə artan həyasızlığı qarşısında o vaxtkı Azərbaycan rəhbərlərinin acizliyi, öz xalqının mənafeyinə zidd mövqeyi və rəsmi Moskvanın sözdə bir, əməldə isə tamam başqa yol tutması Bakıda başlayan mitinq dalğasını daha da gücləndirirdi.

Yanvarın 9-da Ermənistan Ali Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişaf planını öz illik planına daxil etməsi qonşu respublikanın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə açıq-aydın müdaxiləsi idi. Ermənistanın bu həyasız hərəkətinə mərkəzin heç bir hüquqi, siyasi qiymət vermədiyini və Vəzirov, Mütəllibov hakimiyyətinin xəyanətkarcasına ağzına su alb susmasını görən Azərbaycan xalqı öz haqqını tələb etmək üçün küçələrə, meydanlara axışırdı. Kreml Azərbaycanda gündən-günə genişlənən xalq hərəkatını boğmaq üçün yeni-yeni məkrli planlar hazırlayırdı. Moskvanın emissarı olan Primakov isə Bakıya tankların girməyəcəyini bildirirdi.

Bakıda isə demək olar ki, ikihakimiyyətlilik hökm sürürdü. İqtidar və Xalq Cəbhəsinin başçıları arasında kürsü davası gedirdi. Bu da mərkəzin öz təxribatçı planlarını reallaşdırmaq üçün münbit şərait yaradırdı. Beləliklə, yanvarın ilk günlərində imperiya qüvvələri pozuculuq fəaliyyəti üçün xüsusi idarələrin əməkdaşlarını Bakıya yerləşdirməyə başladı. Hər şey yaxınlaşan təhlükədən xəbər verirdi. Xalq, sadə adamlar bilməsə də, respublikanın və Xalq Cəbhəsinin başabəla başçıları Bakinin üzərində gündən-günə sıxlaşan qara buludların gec-tez qan-qada ilə, fəlakətlə nəticələnəcəyini yaxşı bilirdilər. Fəqət, tezliklə Bakı küçələrində törədiləcək amansız qırğının qarşısını almaq onların heç birinə sərf etmirdi. Çünki hakimiyyətə susamış bu qüvvələrin gözündə xalq yalnız vəzifə kreslosuna yiyələnmək üçün bir vasitə idi.

Yanvarın 13-də imperiyapərəst qüvvələrin planına uyğun olaraq, Vəzirovun və Xalq Cəbhəsinin razılığı ilə Milli Müdafiə Şurası yaradıldı. Elə həmin gün də Moskvadan təlimatlandırılan xüsusi idarələrin əməkdaşları Bakıda erməni qırğınları təşkil etdilər. Bununla da, düşmən xalq hərəkatını məhv etmək üçün əsas əldə etdi. Həmin vaxt Bakıda olan SSRİ daxili qoşun hissələri bu təxribatların qarşısını almadı, seyrçi mövqe tutdu. Elə bu faktın özü törədilmiş təxribatlar planının mərkəzdə hazırlandığını sübut edirdi.

FİRUZ HAŞIMOV (tarixçi-jurnalist): Ayın 13-də meydanda baş verən mitinqdə Milli Müdafiə Şurasının yaradılması elan olunanda mən bu adamların siyahısına baxdım. Onların yefreytor qədər də hərbi savadı və səviyyəsi yoxdur. Bu adamlar kimi və nəyi müdafiə edəcəkdilər? Hansı qüvvələr ilə? Bəlkə, Azərbaycanın neçə dənə korpusu var idi? Bəlkə, bütün camaat təpədən-dırnağadək silahlanmışdı? Şəhərdə istənilən qədər qoşun var idi. Sonradan da, ayın 13-dək Bakı qarnizonundan savayı da qoşun gətirib tökmüşdülər. Bu qədər silahlı qüvvənin Bakıda olması fakt idi və bunu Xalq Cəbhəsinin liderləri də, iqtidar da bilirdi. Şəhərdə bu qədər qoşun, texnika ola-ola hansı milli müdafiədən söhbət gedə bilərdi? Bu, gözə kül üfürmək və baş verəcək bütün faciələrə görə cavab verməmək, özünü sığortalamaq idi. Bu idi məsələ. Faciə baş verəndə məlum oldu ki, doğrudan da, hər iki qüvvə eyni ssenari ilə hərəkət edirdi. Buyurun, həmin faciə gecəsi Azərbaycan Xalq Cəbhəsinin qərargahında saat neçəyədək kimlərin olması məlum idi. O adamlardan ancaq Sabit Bağırov Sabunçu dairəsində piketi dağıtmağa nail olmuşdu. Onların sonradan deməsi ki, şəhərdə xaos idi və onlar camaatı dağıda bilmirdilər, bu, ağ yalandır. Şəhərdə xaos yox idi.

Camaat üçün, güllə gözləməyən, sovet ordusundan atəş gözləməyən camaat üçün xaos idi. İşi bilməyən adamlar üçün xaos idi. Dəhşətli qırğından sarsılmış xalq üçün xaos idi. Amma bunlar üçün xaos yox idi. Çünki hadisələr onsuz da saat mexanizmi kimi idarə olunurdu. Onların hamısı qaçıb gizləndilər. Onlar indi hansı mənəvi haqla xalq hərəkatından danışırlar?

APARICI: 1990-cı ilin yanvarın 15-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəzirovun təşəbbüsü ilə respublika Ali Soveti Rəyasət Heyətinin iclası keçirildi. İclasda Dağlıq Qarabağda və ona bitişik sərhəd rayonlarında fövqəladə vəziyyət tətbiq olunması haqqında qərar qəbul edildi. Vəzirovun istəyi ilə həyata keçirilən və xalqın iradəsinə zidd olan bu siyasi avantüralar Azərbaycanda nifrətlə qarşılandı. Xalq mərkəzi və yerli hakimiyyətin bu düşmən siyasəti ilə barışa bilmirdi.

NAMİQ MƏMMƏDOV(BDU-nun magistri): 1990-cı il yanvarın 14-də Mərkəzi Komitənin iclasında Vəzirov çıxış edərək, Dağlıq Qarabağda və ona bitişik ərazilərdə hərbi vəziyyətin elan olunması haqqında məsələni müzakirə etdi. Yanvarın 15-də isə o, heç bir səlahiyyəti olmadığı halda,- bu səlahiyyət, yəni fövqəladə vəziyyətin elan olunması birbaşa Ali Sovetə məxsus idi, - Dağlıq Qarabağda və ona bitişik ərazilərdə fövqəladə vəziyyətin elan olunması haqqında heç bir hüquqi əsası olmayan qərar çıxardı. Həmin dövrdə Elmira Qafarova Moskvada idi, lakin Vəzirov buna məhəl qoymayaraq, belə bir qərar çıxardı.

Yanvarın 19-da isə SSRİ Ali Sovertinin Rəyasət Heyəti Bakı şəhərində fövqəladə vəziyyətin elan olunması haqqında qərar çıxardı. Qeyd etmək lazımdır ki, bunun mərkəzlə əlaqəli olmasını hələ yanvarın 3-dən 6-dək Barannikovun, Babkovun və digərlərinin vəziyyəti öyrənmək üçün Azərbaycana səfər etməsi də göstərirdi. Məxfi olaraq Bakıya gəlmiş Yazov da Gəncədə onlarla görüşmüş, Azərbaycan rəhbərliyi ilə müzakirələr aparmış və “Qasırğa” əməliyyatı hazırlanmışdı. Bunun nəticəsi olaraq 20 Yanvar faciəsi törədilmişdir.

APARICI: Yanvarın 19-da Vəzirov 4-cü ordunun qərargahına gəlir və qırğının vaxtını Moskva ilə razılaşdırır. Həmin gün saat 19.25-də Dövlət Təhlükəsizliyi Komitəsinin qurduğu təxribat əsasında “Alfa” qrupunun əməkdaşları televiziyanın enerji blokunu partlatdılar. Bununla da sanki Azərbaycanın bütün dünya ilə əlaqəsi kəsildi. Əslində, bu, qanlı yanvar gecəsinin başlanğıcı idi. Xalq Cəbhəsinin üzdəniraq radikal qanadı isə yenə də küçələrə çıxmış adamları aldadır, “sizə silah gətiriləcək, möhkəm dayanın” deyirdilər. Onların bu yalançı vədləri xalqı qırğına verməkdən başqa məqsəd güdmürdü. Polyaniçko ilə tez-tez görüşən və hakimiyyətin bütün planlarından xəbərdar olan bu adamlar küçələrə, meydanlara toplanmış yüzlərlə qeyrətli həmvətənimizi yaxınlaşan fəlakətdən xəbərdar edə bilərdilər. Lakin onlar bunu etmədilər.

İBRAHİM HÜSEYNOV (televizayanın enerji blokunun növbə rəisi): Yeddiyə 8-10 dəqiqə qalmış telefonla danışırdım, “Retro” verilişində hansı filmin olacağını soruşdular. Gördüm əsgərlərin biri o yana, biri bu yana qaçdı. Əllərində də qısa avtomatlar var idi. Sonra mən oturan sexə də girdilər. Başlarında dəmir papaqlar, əyinlərində qəribə formalar var idi. Desant paltarı geymişdilər, onun altında isə idman paltarı görünürdü. Birində avtomat, o birinin əlində isə iki çanta var idi. Bir-birindən aralanmırdılar. Onlardan biri gərginliyin haradan gəldiyini soruşdu. Hər şey ilə maraqlanırdılar. Biri dedi ki, səni sizin komendant çağırır. Mən dedim ki, komendantı tanımıram, çünki axırıncı gələn əsgərlər bizim sexə tərəf gəlməmişdilər. Başqa əsgərlər gəlmişdilər, biz də onlara yaxınlaşdıq. Dedilər ki, biz onlarla getməliyik. Soruşdum ki, mənimlə Romanovu hara aparırlar? Dedilər ki, qorxmayın, sizə heç nə olmayacaq. Bizi artistlərin məşq otağına apardılar. Orada da əsgərlər var idi. Birdən möhkəm titrəyiş, partlayış oldu. Mən Viktora dedim ki, bloku partlatdılar.

APARICI: Xalqın haqq səsini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xəbərdarlıq edilmədən Bakıya sovet qoşun hissələri yeridildi. Qorbaçovun fərmanı ilə guya əhalinin təhlükəsizliyini qorumaq, kütləvi iğtişaşların qarşısını almaq üçün Bakıda fövqəladə vəziyyət elan edilmişdi. Lakin xalqın bundan xəbəri yox idi və bu xəyanətkar qərar haqqında ancaq respublika rəhbərliyində məlumat var idi. Yanvarın 20-də səhər, Bakının küçələrində yüzlərlə günahsız insanın qanı axıdılandan və qətlə yetiriləndən sonra Bakının komendantı general-leytenant Dubinyak fövqəladə vəziyyətin tətbiq olunduğunu elan etdi. Vəzirov-Mütəllibov hakimiyyətinin 15 yanvar tarixli fərmanı Bakıda törədilmiş qanlı yanvar üçün əsas oldu.

MƏHƏMMƏD MƏCİDOV (BDU-nun tələbəsi): Əhali də bilmirdi, gözləmirdi ki, xilaskar ordu gəlib camaatın özünü qətlə yetirsin. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, həmin dövrdə nəinki Bakıda, Lənkəran və Neftçala rayonlarında da komendant saatı tətbiq olunmamışdı. Amma həm Neftçalaya, həm də Lənkərana qoşun yeridildi, nəticədə 8 nəfər qətlə yetirildi, 4 nəfər ağır yaralandı, 2 nəfər həbs olundu və sonra qətlə yetirildi. Vəzirovun və Mütəllibovun bilavasitə satqınlığı nəticəsində Moskva özünün planlaşdırdığı oyunları həyata keçirə bildi.

EMİL ƏLİYEV (BDU-nun magistri): 20 Yanvar hadisəsində erməni amili də xüsusi rol oynamışdır. Belə ki, yanvarın 20-də baş verən qırğınlarda tarixdə ermənilərin törətdikləri cinayətlərin izi görünürdü. Yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının tərkibində olan ermənilərin evlərə girib qətllər törətdikləri haqqında faktlar vardır. 1915-ci ildə Osmanlı imperiyasında, 1918-ci ildə Şimali və Cənubi Azərbaycanda törədilmiş cinayətlərdə, soyqırımlarda eyni metodlardan istifadə olunmuşdur.

Ümumiyyətlə, 20 Yanvar faciəsinin hansı tarixi və siyasi şəraitdə baş verdiyi haqqında danışmaq istərdim. İlk öncə bir faktı qeyd etmək istəyirəm ki, XİX əsrin sonlarında yaradılmış Daşnaksutyun partiyasının XX əsrin 70-80-ci illərindən başlayaraq, birbaşa DTK ilə sıx əlaqələri vardı.

Azərbaycan rəhbərliyinin bu qırğındakı günahından danışmaq yerinə düşərdi. Biz o zaman uşaq olsaq da, böyüklərin söhbətlərini eşidirdik. 130-dək cənazə eyni zamanda qaldırıldı, lakin Azərbaycanın rəhbərlərindən bir nəfər də olsun dəfn mərasimində iştirak etmədi. Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Vaqif Hüseynov Moskvaya qaçdılar və oradan öz mənfur niyyətlərini həyata keçirmək istədilər. 20 Yanvar, əslində, Azərbaycan xalqına qarşı törədilmiş soyqrımlarından biri idi. O insanlar Azərbaycan xalqının birbaşa iştirakı ilə keçiriləcək məhkəmələrdə cavab verməli və təbii ki, öz layiqli cəzalarını çəkməlidirlər.

APARICI: Bəli, 20 Yanvarda Azərbaycanın azadlıq arzusu gülləyə tutuldu, tanklar altında əzildi, lakin istiqlaliyyətin şirinliyini dadmış xalqı öz yolundan döndərmək mümkün olmadı. Bakı küçələrində axıdılan qanlar da respublika rəhbərliyi üçün ibrət dərsi olmadı. 1989-cu ilin aprelində Tbilisidə baş vermiş qanlı hadisələrdən sonra Gürcüstanın bütün dövlət rəhbərləri istefa verdiyi halda, Azərbaycanın yüksək vəzifə sahibləri başqa yol tutdular. Vəzirov qaçdı, Mütəllibov isə birinci katib vəzifəsini tutmaq üçün təcili Moskvaya yola düşdü. Azərbaycanın başına gətirilən bu qanlı faciə Ayaz Mütəllibov üçün tarixi bir fürsət idi. Mütəllibov xalqının qan ağladığı bir vaxtda hakimiyyətə yiyələnməkdən utanıb çəkinmədi. Yanvarın 20-də 132 şəhidi, 700-dən çox yaralısı olan Bakının viran qalmış, talanmış evləri, küçələri, meydanları qan içində boğulduğu bir anda Mütəllibov, Həsənov, Polyaniçko və Müslüm Məmmədov cani Qorbaçovun hüzuruna yollanıb ondan itkin düşən, rəzil Əbdürrəhman Vəzirovun vəzifə kreslosunu dilədilər.

Bu isə heç bir insanlığa, əxlaqa, mənəviyyata sığmayan bir xəyanət idi. Xalq qan içində, bunlar isə hakimiyyət davası edirdilər.

Bu ağır günlərdə informasiya blokadasına alınan Azərbaycanın səsini heç kim eşitmirdi. Belə kədərli və faciəli bir vaxtda öz xalqının səsinə səs verən yenə də Azərbaycanın etibarlı övladı, sınanmış oğlu, şəriksiz milli lideri Heydər Əliyev oldu. Bütün təzyiqlərə baxmayaraq, öz həyatını təhlükədə qoyaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn Heydər Əliyev mətbuat konfransı keçirdi, Bakıda törədilmiş qanlı faciə haqqında dünya ictimaiyyətinə məlumat verdi, imperiyanın düşmənçilik siyasətinin iç üzünü açıb göstərdi və öz xalqının ağır günündə onunla oldu. Onun öz torpağına, öz xalqına oğul məhəbbəti bu ağır, tarixi sınaq günlərində bir daha təsdiq olundu.

MƏMMƏD ƏLİZADƏ (Demokratik Azərbaycan Dünyası Partiyasının sədri): O dövrdə dünyanın, ümumiyyətlə, bu günümüz üçün və dünənimiz üçün də böyük şəxsiyyət olan, özünün keçdiyi ömür yolunda bütövlüyünü təsdiq edən Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gəlib 20 Yanvara siyasi qiymət verməsi, xalqın ümid çırağını yandırmağa başladı. Qaynaqlarımıza diqqət yetirəndə görürük ki, müqəddəslik və qibləğahlıq eyni mənanı verir. Kim Vətəni üçün, milləti üçün, torpağı üçün zirvəyə can atırsa, o, müqəddəslik kimi qəbul olunur. Bu gün 50 milyon dünya azərbaycanlılarının müqəddəs saydığı böyük bir abidəmiz var. Bu abidənin bir üzü faciədir, o biri üzü isə qəhrəmanlıq dastanıdır.

CÜMŞÜD HƏSƏNOV (polis polkovnik-leytenantı): Mən o zaman Moskvada xidmət edirdim. Xidmət etdiyim şöbə mühafizə şöbəsi adlanırdı. Biz diplomatların və yüksək vəzifəli şəxslərin mühafizəsini təşkil edirdik. O zaman yanvar hadisələri ilə əlaqədar millətimizin imperiya caynağından qurtulması prosesi Moskvada yaşayan azərbaycanlılar tərəfindən də həyəcanla izlənilirdi. Bir neçə dəfə bizim Moskvadakı daimi nümayəndəliyimizin qarşısında yığışıb bu barədə məsləhətləşib, imkan daxili daxilində millətimizə kömək göstərmək istəyirdik. Bu zaman mənim çox mühüm görüşüm oldu. İşlədiyim idarədə mənə səfirliklər şöbəsi həvalə edilmişdi. Möhtərəm Heydər Əliyev o vaxt Aleksey Tolstoy küçəsində yaşayırdı. Həmin küçədə mənim xidmət göstərdiyim bir neçə obyekt yerləşirdi. Heydər Əliyevin yaşadığı ev Yəmən səfirliyi ilə üzbəüz idi. Yanvar hadisələri ilə əlaqədar bizə edilən təzyiqləri və Heydər Əliyevə qarşı gedən təbliğatıları mətbuat vasitəsilə izləyirdik. O dövrdə eşitdik ki, Heydər Əliyev xəstələnib və bu, bizi çox kədərləndirdi. Özümüzü ruhlandırmağa yer tapa bilmirdik. Yanvarın 21-də obyektləri yoxladığım zaman Heydər Əliyev yaşadığı binanın qarşısında dayanmışdı və maşın onu gözləyirdi. Bizə işdə xəbərdarlıq etmişdilər ki, Heydər Əliyevə yaxınlaşmayaq. Mən soruşanda ki, bu nə deməkdir, rəisim Stepan Korneyeviç Bondarçuk dedi ki, indi o vaxtlar deyil, necə deyilibsə, elə də et. Bu vəziyyət mənim Heydər Əliyevə yaxınlaşmağıma imkan vermirdi, lakin vətənpərvərlik hisslərim üstün gəldi və mən ona yaxınlaşaraq salamlaşdım. O, mənimlə görüşdü və biz yanvar hadisələri haqqında fikir mübadiləsi apardıq. Heydər Əliyev mənə dedi ki, öz fikrini bildirmək üçün daimi nümayəndəliyə getməyə hazırlaşır. O, sözün əsl mənasında həyəcanlı olub böyük kədərlə yanvar hadisələri haqqında danışdı. Onun haqqında mətbuatda gedən söz-söhbətlərin təsirindən heç bir əsər-əlamət yox idi. Niyə? Ona görə ki, möhtərəm Prezidentimiz dünya diplomatiyasının böyük diplomatıdır. Böyük diplomatın həyəcanlı olmasını görmək mənim üçün çox çətin məsələdir. Mən onu əsl millət atası kimi gördüm. Biz söhbət etdikdən sonra Heydər Əliyev qara “Çayka”da Stanislavski küçəsinə, millətimizə başsağlığı verməyə yollandı.

Dərhal sonra Stepan Bondarçuk məni otağına çağırıb, bu gündən sonra Heydər Əliyevə yaxınlaşmağı qadağan etdiyini bildirdi.

APARICI: Qanlı 20 Yanvardan bəri ötən günləri xatırlayanda içimizdə bir təəssüf hissi də baş qaldırır. Dörd il 20 Yanvar hadisələri hüquqi və siyasi qiymət almadı. Nə 20 Yanvar şəhidlərinin qanı üstündə hakimiyyətə gələn Ayaz Mütəllibov, nə AXC-Müsavat iqtidarı bu müdhiş hadisəyə doğru-düzgün qiymət vermədi. Xalqımızın bu tarixi faciəsinin ciddi araşdırılması və siyasi qiymət verilməsi tələbi ilə cəsarətlə çıxış edib öz sözünü deyən yenə də Heydər Əliyev oldu. 1991-ci il avqustun 29-da Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Heydər Əliyevin yalnız özünəməxsus qətiyyəti ilə bu məsələni gündəmə gətirməsi və Mütəllibov-Vəzirov hakimiyyətini ifşa etməsi onun daim öz xalqının taleyi ilə birgə yaşadığını bir daha sübut edir. Mütəllibova yarınmaq üçün salondakıların bir çoxunun yaltaq və müdhiş davranışı o vaxtkı iqtidardakıların Qanlı Yanvar hadisələrində hansı bir mövqe tutduğunu çox aydın göstərirdi. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR