TƏMİZ SU İLİ AZƏRBAYCANDA GENİŞ QEYD EDİLƏCƏKDİR
BMT Baş Məclisinin qətnaməsinə əsasən 2003-cü il Beynəlxalq təmiz su ili elan edilmişdir. YUNESKO-nun Beynəlxalq hidroloji proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, BDU-nun kafedra müdiri professor Maqbet Məmmədov bununla bağlı AZƏRTAC-a demişdir:
- Planetimizdə təmiz su qıtlığı hiss olunmaqdadır. Bu problem ildən-ilə daha da kəskinləşir. BMT-nin 2003-cü ili Beynəlxalq təmiz su ili elan etməsindən məqsəd hər bir ölkədə təmiz su ehtiyatlarını cirklənmədən qorumaq, sudan səmərəli istifadə etməkdən ibarətdir. Respublikamızda su problemi ilə məşğul olan təşkilatlar, alimlər, mütəxəssislər BMT Baş Məclisinin təşəbbüsünü bəyənir və alqışlayırlar.
Dövlət səviyyəsində tədbirlərlə yanaşı, Milli Komitəmiz təmiz su ehtiyatlarının qorunması ilə əlaqədar elmi-praktik konfrans keçirməyi, kütləvi informasiya vasitələrində su problemlərinə aid materiallar dərc etməyi, beynəlxalq hidroloji proqramın fəaliyyəti ilə bağlı məlumatları ictimaiyyətə çatdırmağı nəzərdə tutur.
Biz həmçinin bu il problemlə bağlı təkliflərimizi hazırlayıb müvafiq təşkilatlara təqdim edəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]