Azərbaycan Dövlət İnformasiya Agentliyi

TERMİNOLOGİYA KOMİSSİYASININ 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİKONFRANS KEÇİRİLMİŞDİR

Azərbaycan Milli Elmlər Akademiyası iyulun 1-də Terminologiya Komissiyasının 80 illiyinə həsr olunmuş elmi konfrans keçirmişdir. Konfrans iştirakçıları əvvəlcə ötən 80 ildə müxtəlif sahələr üzrə hazırlanıb nəşr edilmiş terminoloji lüğətlərin nümayiş olunduğu sərgiyə baxdılar. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı açaraq bildirdi ki, terminologiya Azərbaycan dilinin tərkib hissəsi olmaqdan əlavə, həm də dillə bağlı dövlət siyasətinin tərkib hissəsidir. Dilimizin inkişafında dövlətimizin başçısı Heydər Əliyevin diqqət və qayğısından, bununla bağlı Azərbaycan Prezidentinin imzaladığı Fərman və Sərəncamlarının xüsusi əhəmiyyətindən danışan natiq müxtəlif sahələr üzrə terminlərin yaradılmasının vacibliyindən və bu sahədə dilçi alimlərin qarşısında duran vəzifələrdən danışdı. Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova “Azərbaycan dili terminologiyası 80 ildə” mövzusundakı məruzəsində bildirdi ki, dil quruculuğu sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə ana dilində terminologiyaların yaradılmasıdır. Çünki müvafiq terminlər olmadan orta və ali məktəblərdə fənlərin tədrisini lazımi səviyyədə qurmaq, dərsliklər, elmi əsərlər, qəzet və jurnallar nəşr etmək, idarələrdə yazışmalar aparmaq mümkün deyildir. Terminologiya üçün mənbələrin dəqiq müəyyənləşdirilməsində, termin yaradıcılığı üçün elmi prinsiplərin işlənilməsində hərc-mərcliyə, özbaşınalığa yol verməməyin əhəmiyyətini vurğulayan məruzəçi qeyd etdi ki, hələ 1922-ci ildə görkəmli dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan Xalq Komissarları Şurası yanında “İstilah Komissiyası” yaradılmışdır. Bu komissiyanın bir illik fəaliyyəti dövründə gördüyü iş sonralar respublikamızda termin yaradıcılığı sahəsində həyata keçirilən tədbirlər üçün başlanğıc olmuşdur. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında öz fəaliyyətini davam etdirən İstilah Komissiyası Səmədağa Ağamalıoğlunun sədrliyi ilə həmin dövrdə riyaziyyata, coğrafiyaya, ictimai sahələrə aid sözlüklər hazırlamışdı. Ölkəmizdə terminologiyanın inkişafı ilə bağlı həyata keçirilən tədbirləri və onların nəticələrini xronoloji ardıcıllıqla diqqətə çatdıran natiq dedi ki, 2001-ci ildən bu sahə ilə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə yaradılmış Terminologiya Komissiyası məşğul olur. Hazırda bu qurum elmi-texniki tərəqqinin, ictimai-siyasi həyatın, terminoloji sistemlərin fasiləsiz olaraq yeniləşdiyini nəzərə alaraq həmin sahədəki dəyişiklikləri diqqətlə izləyir və terminologiyanın inkişafını düzgün istiqamətləndirməyi zəruri hesab edir. Konfransda ədəbiyyatşünaslıq və dilçilik terminlərinin tənzimlənməsi məsələsindən də ətraflı danışıldı. Filologiya elmləri doktoru Məsud Mahmudov məruzəsində dedi ki, dil haqqında elmin yarandığı ilk günlərdən onun terminoloji sistemi də təşəkkül tapmış, müəyyən təkamül dövrü keçərək formalaşmış və sabitləşmişdir. Təbii ki, ilk vaxtlar dilçilik terminləri sistemsiz, körtəbii olaraq yaranırdı. Ayrı-ayrı elm sahələrində olduğu kimi, dilçilikdə də terminlərin toplanması, təkmilləşdirilməsi məsələlərinin həlli ücün çox əsrlər keçməli idi. Azərbaycan dilçiliyinin qədim Yunan, Roma, Çin, ərəb dilçiliyi zəminində formalaşdırıldığını vurğulayan M.Mahmudov bildirdi ki, bizim dilçilik terminlərimizin toplanması, sistemə salınması, elmi cəhətdən izahı XX əsrin əvvəllərinə təsadüf edir. Terminologiyanın bir elm kimi diferensiasiyası, formalaşması və sürətli inkişafı da XX əsrin əvvəllərində olmuşdur. Məruzəçi 1957-ci ildə Azərbaycan Elmələr Akademiyasının nəşriyyatı tərəfindən R.Rüstəmovun, M.Şirəliyevin və C.Əfəndiyevin redaktorluğu ilə nəşr olunan “Dilçilik terminləri lüğəti”ni bu sahədə ilk rəsmi lüğət kimi təqdim etdi. Bildirdi ki, hər şeydən əvvəl bu lüğətdə neçə terminin əhatə olunduğu göstərilmiş, əksər terminlərin Azərbaycan dilində qarşılığını yaratmaq və dilçiliyimizdə müəyyən tarixə malik, hamı tərəfindən qəbul edilmiş və başa düşülən köhnə terminlərin saxlanılması prinsipi əsas götürülmüş, bir çox dünya dillərində işlənən və Azərbaycan dilində qarşılığını tam şəkildə yaratmaq mümkün olmayan terminlər necə varsa, eləcə də saxlanmışdır. Məruzədə vurğulandı ki, haqqında söhbət açılan bu lüğətdən sonra 1960-cı, 1969-cu, 1989-cu illərdə də dilçilik üzrə terminlər lüğəti nəşr olunmuşdur. Həmin lüğətlərə istinadən natiq dedi ki, daha təkmilləşdirilmiş dilçilik terminləri lüğətinin yaradılması prosesində əsas üç istiqaməti: dilin öz daxili imkanlarını, rus dilində, rus dili vasitəsilə başqa dillərdən və birbaşa alınmış terminləri, digər qohum türk dillərindən alınmış terminləri nəzərə almaq və termin yaradıcılığında onların fəallıq dərəcəsini müəyyənləşdirmək vacibdir. Məruzəçi hazırda böyük akademik izahlı dilçilik terminləri lüğətinin yaradılması zərurətdən və onun əhəmiyyətindən də danışdı. Filologiya elmləri doktoru, professor Şamil Salmanov məruzəsində “Ədəbiyyatşünaslıq terminologiyasının inkişafında yeni meyllər” məsələsindən bəhs etdi. Bildirdi ki, ədəbiyyatşünaslıq predmeti və vəzifəsinin miqyasına görə daha geniş məzmunlu humanitar elmdir. Onun predmetinin tarixini və nəzəriyyəsini öyrənmək və təhlil etmək üçün qanunları , üsulları vardır ki, bunlardan ən başlıcası ədəbiyyatşünaslığın terminoloyasıdır. Təbiidir ki, bir elm sahəsi olaraq ədəbiyyatşünaslıq da terminologiyasız keçinə bilməz. Çünki ədəbiyyatşünaslığı terminologiya elmi cəhətdən sistemləşdirir, bu və ya digər hadisənin izahı təhlildə termin vasitəsilə öz yerini tapır. Əgər tədqiqatçı nəzərdən keçirdiyi əsərin realist əsər olduğunu demək istəyirsə, o, bunu “realizm” termini vasitəsilə ifadə edir. Hər bir elmdə olduğu kimi, terminologiya ədəbiyyatşünaslıqda da inkişafı, dəyişməni, yeni ilə köhnə arasında mübarizəni əks etdirir. Ədəbi-nəzəri, metodoloji fikirdəki yeni və vaxtı ötmüş meyllər arasındakı ziddiyyətlər çox vaxt məhz öz ifadəsini terminologiyada tapır, yeni konsepsiyalar ilk növbədə terminologiya sisteminin təzələnməsini tələb edir. M.F.Axundovdan başlayaraq Azərbaycan ədəbiyyatşünaslığında və tənqidində tamamilə yeni əsaslarla terminologiya sisteminin yarandığını bildirən Ş.Salmanov dedi ki, bu proses nəticəsində bütün sonrakı dövrlərdə, xüsusən sovet ədəbiyyatşünaslığı dövründə ədəbiyyat elmimizin terminologiya sistemi getdikcə inkişaf etmiş, təkmilləşmişdir. İndi ədəbiyyatşünaslıq həm ədəbiyyat tarixi və nəzəriyyəsinə, ədəbi tənqidə, eyni zamanda da poetikaya aid çox zəngin terminlər sisteminə malıkdir. Məhz bu imkanlardan istifadə edərək AMEA-nın müxbir üzvu, mərhum Əziz Mirəhmədov 1957-ci ildən başlayaraq bir neçə dəfə nəşr olunmuş “Ədəbiyyatşünaslıq terminləri lüğəti”ni daha da təkmilləşdirərək, bir sıra terminlərin izahını və şərhlərini dürüstləşdirərək, milli ədəbiyyatşünaslığın vəzifələrinə uyğun buraya Yaxın və Orta Şərq poetikasına aid ən zəruri terminləri daxil edərək onu 1998-ci ildə “Ədəbiyyatşünaslıq ensiklopedik lüğəti” adı ilə nəşr etdirmişdir. Müasir ədəbiyyatşünaslıq terminologiyasında özünü göstərən meyllərdən ətralı söz açan, onların mahiyyətindən danışan natiq qeyd etdi ki, istər ədəbiyyatşünaslığın, istərsə də poetikanın terminologiya şəbəkəsi xeyli genişlənmişdir. Bütün bunlar ədəbiyyatşünaslığın terminologiya sisteminin öyrənilməsinin nəzəri-metodoloji məsələlərinə diqqəti artırmağı tələb edir. Konfransda “Türk xalqları üçün ortaq terminologiya məsələləri” mövzusunda AMEA-nın müxbir üzvü Afad Qurbanovun, “I türkoloji qurultayda terminologiya məsələləri” mövzusunda filologiya elmləri doktoru, professor Adil Babayevin məruzələri də maraqla qarşılandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO